Çerşenbe, 24.04.2024, 05:08
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 14 » BROYLER TOYUQLARI TƏHLÜKƏ MƏNBƏYİDİR?
    15:17
    BROYLER TOYUQLARI TƏHLÜKƏ MƏNBƏYİDİR?
    Eyyub Hüseynov: “Onların yemlərinə həyat üçün qorxulu GMO komponentləri qatılır”


    Yay mövsümünün gəlişilə əlaqədar insanların qidadan kütləvi zəhərlənmə halları yenidən çoxalıb. Xəbər verildiyi kimi, ötən həftə Ağdamın Quzanlı kəndində 33, Bakıda isə 12 nəfər toyuq dönərindən zəhərlənib. Bəs əhali zəhərlənmələrdən özünü necə gözləməli və hadisə zamanı ilkin olaraq nə etməlidir? Sualla tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik.

    Havanın hərarətinin qalxması ilə qidaların xarabolma riskinin artdığını xatırladan professorun sözlərinə görə, toksikoinfeksiyalar arasında ən çox yayılanı botulizmdir: “Ancaq infeksiyalar toksik maddələrin konsentrasiyasından asılı olaraq müxtəlif dərəcədə özünü göstərə bilər. Zəhərlənmələr zamanı ilk tibbi yardım kimi əsas məsələ toksinlərin orqanizmə təsirini dayandırmaqdır. Bunun üçün zəhərlənmiş şəxsin mədəsi dərhal yuyulmalı, sonra isə o, imalə edilməlidir. Zəhərli maddənin bir hissəsi qana sorulduğundan həkim müdaxiləsinə də ehtiyac duyulur. Qandakı toksik maddələri kənarlaşdırmaq üçün sistem şəklində venaya dərman maddələri yeridilir. Sonrakı mərhələdə simptomatik müalicə aparılır ki, bu da beyində, ürəkdə, digər orqanlarda dəyişiklilərin qarşısını almaq məqsədi daşıyır”.

    Həkimin qənaətincə, ilkin tədbirlər nə qədər vaxtında görülsə, təhlükənin qarşısı bir o qədər tez alınar. Professor yay aylarında daha çox qarpızdan zəhərlənmə hallarının müşahidə edilməsini belə izah etdi: “Meyvə-tərəvəzlərin erkən yetişdirilməsi üçün tərkiblərinə müxtəlif gübrələr vurulur. Qarpızda da gübrələri daha çox mənimsəmə xüsusiyyəti olduğundan, zəhərlənmə riski yüksəkdir. Odur ki, qarpızı avqust ayında yemək məsləhətdir”.

    Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynovun dediyinə görə isə, Azərbaycan vətəndaşları tədrici zəhərlənmənin qurbanlarıdır ki, bura sudan tutmuş, bütün qidalar daxildir. O, toyuq dönərindən zəhərlənmələrə broyler fabriklərində quş yemlərinin tərkibində təhlükəli komponentlərin olmasını səbəb gətirdi: “Broyler fabriklərilə dövlət orqanlarının mənafeyi birləşir və kənd təsərrüfatı istehsalı olan quşların satışa çıxarılmasına maneələr yaradılır. Neçə ildir bu fabriklərin toyuqlarından dönər hazırlanmasına qadağa qoyulub. Ancaq onlar hər yerdə satılır. Broyler toyuqlarının qidalanmasında problem var. Bizdəki məlumatlara görə, bu toyuqlar genetik modifikasiya olunmuş komponentlərlə (GMO) qidalanırlar”.

    E.Hüseynov GMO haqda bunları söylədi: “Genetik modifikasiya olunmuş məhsullarla yüksək məhsuldarlıqlı bitkilər əldə etmək, bununla da guya bəşəriyyəti aclıqdan qurtarmaq mümkündür. Məsələn, suya dözümlü buğda yetişdirmək üçün əqrəbin genini buğdaya yerləşdirirlər, yaxud pomidorun məhsuldarlığını artırmaq üçün ona donuz geni vurulur. Hələ ki, GMO-nun tədqiqi üçün Azərbaycanda nə laborator şərait, nə də mütəxəssis var”.

    Hazırda qurumun GMO-nun tədqiqi ilə məşğul olduğunu deyən E.Hüseynov quş yemlərində zərərli komponentlərin olduğunu ehtimal edir: “Azad İstehlakçılar Birliyi Avropa Birliyinin layihəsini həyata keçirir. Bu layihyəyə görə, Azərbaycanda GMO ilə əlaqədar məsələ tədqiq olunur. Böyük ehtimalla quş yemlərində GMO tərkibi var. Bu, yeni bir tərkib olduğundan nəticələri hələ elmdə sübut olunmayıb. Azərbaycan parlamentinin qəbul etdiyi ”Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında" qanununa görə, Azərbaycanda hər cür GMO satıla bilər. Halbuki inkişaf etmiş dövlətlər öz ölkələrinə belə məhsulları buraxmırlar. Digər tərəfdən GMO istehsal edən böyük bir şirkət var ki, üçüncü dərəcəli ölkələrə təsir edərək öz mallarını satmaq üçün işlər aparır. Dünyada 98 faiz soyanın tərkibi artıq GMO-dur. Heyvan yemlərinin tərkibində soya komponentləri var. Bir sıra heyvan yoluxucu xəstəliklərinin qarşısını alan dərmanlar da bu tərkibdədir. Bu heyvanlar və quşlarla isə insanlar qidalanır".
    S.HİLALQIZI  /yeni musavat/
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1951 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər