Şenbe, 27.04.2024, 02:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 21 » UZUN ÖMÜRLÜLƏRDƏN BİRİ DƏ ÖLDÜ
    23:26
    UZUN ÖMÜRLÜLƏRDƏN BİRİ DƏ ÖLDÜ
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    UZUN ÖMÜRLÜLƏRDƏN BİRİ DƏ ÖLDÜ


     

    Ginesin rekordlar kitaqbına girə bilməsə də dünyanın ən yaşlı adamı Hindistanlı Həbib Miyan öldü. Məkkəyə gedib hacı da olan Miyan, 'Ən yaşlı hacı' olaraq qeydə alınmışdı


    Ailəsi, Hindistanın rekordlar kitabı Limcaya girən Miyanın Pakistan sərhədindəki Racistan əyalətinin paytaxtı Caypurda 138 yaşında öldüyünü bildirdi.
    Yaxınlarından biri, Miyanın uzun həyata sirrinin "bədəninə yaxşı baxsan, o da sənə yaxşı baxar" fəlsəfəsini mənimsəməsi olduğu söylədi.

    Dizenteriya səbəbiylə ölən Miyanın bu gün təşkil edilən cənazəsinə minlərlə adamın qatıldığı ifadə olundu.
    2004-də Məkkəyə gedən Miyan, dünyanın ən yaşlı hacısı olaraq da dünya mətbuatında geniş yer almışdı. 70 ildir dul olan Miyan, Müsəlman Caypur şəhərində yaşayırdı. Miyan, 1938-də Hindistanın müstəqilliyini qazanmasından əvvəl bölgədə hökm sürən Caypur Kraliyet Ailəsinin orkestr qrupundan təqaüdçü idi.

    Təxminən 50 il əvvəl görmə bacarığını itirən Miyanın həyatını evində dua edərək və 140 adamdan ibarət olan ailə fərdlərinə nağıllar izah edərək keçirdiyi qeyd edildi.
    Doğum sənədi olmayan Miyanın, yaşını rəsmi sənədlərlə isbat edə bilmədiyi üçün Giness Rekordlar Kitabına girə bilmədiyi bildirildi. Yaxın ətrafı Miyanın 138 yaşında öldüyünü ifadə edir. Təqaüdçülük talonuna görə isə 20 Mart 1879 doğulan Miyan 129 yaşında öldü.
    Ginness Rekordlar Kitabının son şərhinə görə, 115 yaşındakı Amerikalı Edna Parker dünyanın ən yaşlı qadını, 112 yaşındakı Yapon Tomoji Tanabe isə dünyanın ən yaşlı kişisidir.




    WwW.Birlik-Az.NET

    Категория: Dünyada | Просмотров: 1443 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər