AVROPANIN PAYTAXTI HESAB OLUNAN BRÜSSELDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR - 18 Сентября 2008 - ....::İslam::....
Şenbe, 03.12.2016, 13:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 18 » AVROPANIN PAYTAXTI HESAB OLUNAN BRÜSSELDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR
    22:05
    AVROPANIN PAYTAXTI HESAB OLUNAN BRÜSSELDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR
     
     
     
     
     
     
     
    Mehdi adı isə 7 -ci yerdədir
      Avropanın paytaxtı sayılan Brüsseldə 2007-ci ildə yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Məhəmməd olub.  “DPA”nın verdiyi məlumata görə, ikinci yerdə Adəm adı gəlir.Ən populyar qadın adları Lina və Saradır. On ən populyar kişi adları siyahısına Amin (6-cı yer), Əyyub və Mehdi (7-ci yeri bölüşdürürlər), qadın adları siyahısına isə Ayyə (3-cü yer), Yasəmən (4-cü yer) və Salma (7-ci yer) da düşüb.

      Maraqlıdır ki, Məhəmməd adı bütün Belçika ərazisində populyarlığına görə 7-ci yerə çıxıb. Bu zaman o, Matis və Hüqo kimi ənənəvi Belçika adlarını da üstələyib. Bu ad Böyük Britaniyada populyarlığına görə Tomas, Oliver, Harri, Çarli, Uilyam, Ceyms, Corc kimi adları qabaqlayaraq ikinci olub. Britaniyada ən populyar ad isə Cekdir.

      Belçikada qəribə adlara da rast gəlmək mümkündür. Agentlik qeyd edir ki, 2007-ci ildə ölkədə Ərəfat, Caz, Avro, Okey, Harli-Devidson, Mel-Qibson kimi oğlan adları, Alyaska, Kosmo, Elf, Hindistan-Yay, Bembi, Qış kimi qız adları qoyulub. Bir qızın isə gələcəkdə ciddi problemləri olacaq. Çünki valideynləri onu Kişi (Man) adlandırıblar.
    LENT.AZ 


    Категория: Dünyada | Просмотров: 787 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər