“ƏSRİN MÜQAVİLƏSİ”ndən 14 İL KEÇDİ - 20 Сентября 2008 - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 20 » “ƏSRİN MÜQAVİLƏSİ”ndən 14 İL KEÇDİ
    18:52
    “ƏSRİN MÜQAVİLƏSİ”ndən 14 İL KEÇDİ
     
     
     
     
     
     
     
    Azərbaycanın maddi imkanları artsa da, ölkə neft əsirinə çevrildi
    Dünən İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası “Əsrin kontraktının 14-cü ili və neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə açan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov bildirdi ki, Əsrin müqaviləsi Azərbaycanın imzaladığı ən böyük layihəyə razılaşmadır: “Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının inkişafında, ölkəyə fövqəladə investisiya axınlarının artmasında, sosial problemlərin nisbətən yumşalmasında bu müqavilə çox böyük rol oynayıb. Bunları nəzərə alaraq MSŞA Koalisiyası artıq bir neçə ildir hadisə ilə əlaqədar konfranslar, dəyirmi-masalar keçirir”.

    2011-ci ildən neft hasilatında eniş başlayacaq

    Daha sonra İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu Əsrin kontraktından gözləntilər və müqavilənin bu günün gerçəklərinə uyğun sosial-iqtisadi kontekstdə qiymətləndirməsinə dair çıxış etdi: “Əsrin kontraktından ötən dövr ərzində ölkə neft hasilatında önəmli artıma nail olub. Bu artım hazırda da davam edir. Proqnozlar da təsdiq edir ki, cari il üçün gözlənilən neft hasilatının həcmi ötən illə müqayisədə daha çox olacaq.  Artımda əsas rolu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) oynayır. Çünki Dövlət Neft Şirkətinin (ARDNŞ) hasilatı demək olar ki, eyni səviyyədə qalacaq.
    2010-cu ildən sonra ölkədə “qara qızıl”ın istehsalı aşağı düşəcək. Azərbaycanda 2009-cu ildə 420, 2010-cu ildə 450, növbəti ildə isə 410 milyon barel neft hasilatı proqnozlaşdırılır. Bu göstərici 2015-ci ildə 250 milyon, 2020-ci ildə isə 110 milyon barelədək azalacaq”.

    Son iki ildə neft şirkətinin gəlirləri 2 dəfə artıb

    Q.İbadoğlunun sözlərinə görə, Əsrin kontraktının təsiri nəticəsində ARDNŞ-in və Dövlət Neft Fondunun (DNF) gəlirlərində, xərclərində əhəmiyyətli artım hiss edilir: “Son üçün ilin rəqəmlərinə nəzər yetirsək, ARDNŞ təxminən 2 milyard 736 milyon manatlıq gəlirə malikdir. Elə o səviyyədə də xərcləmələr müşahidə olunub. 2005-ci illə 2007-ci ili müqayisə etsək, ARDNŞ-in gəlirlərində təxminən 2 dəfəyə qədər artım var. Neft Fonduna gəlincə, ilin sonuna qədər onun gəlirləri 10 milyard 144 milyon manat səviyyəsində gözlənilir. Xərcləri isə büdcədə müəyyən əlavələrin hesabına dəyişikliyə məruz qalandan sonra 4 milyard 380 milyon manat səviyyəsində olacaq. Ötən illərdə DNF-in gəlir və xərclərinin dinamikası kifayət qədər artıb. Əgər 2001-ci ildə 222 milyondan söhbət gedirdisə, 2008-ci ildə qurumun gəlirləri 10 milyardı ötüb”.
    İqtisadçı bildirdi ki, Azərbaycanın neft və qaz hasilatının ən yüksək səviyyəsi 2010-cu ildə müşahidə ediləcək: “Neft amili Azərbaycan iqtisadiyyatında həmişə əhəmiyyətli rol oynayıb. 2007-ci ilin yekunlarına görə, neft sektorunun Ümumi Daxili Məhsulda payı 58,8 faiz, dövlət büdcəsində payı 60,3 faiz, investisiyalarda payı 50,5 faiz, ixracda payı 80,6 faiz təşkil edib. Müqayisə üçün deyim ki, bu ilin birinci yarısında ixracda neft və neft məhsullarının payı 97,5 faiz təşkil edib”.

    Neft Fondunun vəsaitlərinin gəlirlik səviyyəsi aşağıdır

    İTM rəhbəri MSŞA Koalisiyasının 2008-ci il üçün proqramını da açıqladı. Bu proqrama “Neft Fondu haqqında” qanun layihəsinin hazırlanması və populyarlaşması, neft gəlirlərinin idarəedilməsinin səmərəliliyin artırılmasına tövsiyələr, qeyri-neft və qeyri-qaz təbii ehtiyatları barədə təkliflərin hazırlanması və s. daxildir. Q.İbadoğlu Koalisiyanı narahat edən məqamlara toxundu: “Birinci istiqamət dünya maliyyə böhranının təsirləridir. Əvvəlcə “Bear Stearns” şirkətinin bağlanmasını, sonra “Societe Cenerale” bankının müflisləşməsini, ipoteka agentliklərinin - “Fannie Mae və Freddie Macın” iflasa uğramasını, bu günlərdə isə “Lehman Brozers”in müflisləşməsini müşahidə etdik. Hadisələr Azərbaycanın neft gəlirlərinin yerləşdirildiyi regionlarda baş verir. Belə ki, gəlirlərin 44,57 faizi Avropada,  49,37 faizi Amerikada, 4,18 faizi Asiyada, 1,88 faizi isə başqa ölkələrdə yerləşdirilib.  Əlaqədar orqanlardan bu istiqamətdə məlumatların şəffaflığını artırmasını, çevik qərarlar qəbul etməsini xahiş edirik”. DNF-nin maliyyə tərəfdaşlarının adlarını açıqlayan ekspert “heç kəs söyləyə bilməz ki, bu banklar kifayət qədər reytinqi yüksək olan banklardır və risk aşağıdır” -deyə bildirdi: “Həmin banklar maliyyə böhranlarının təsirindən kənarda qalmaqdan sığortalanmayıb”.
    Neft gəlirlərinin 75,5 faizinin qiymətli kağızlarda yerləşdirildiyini xatırladan Q.İbadoğlunun sözlərinə görə, bu vəsait 2,5 milyard dollar həcmindədir: “Dünya Bankı idarəedilən vəsaitlərin 45,1 faizini,  Almaniyanın “Döyçe Asset Management” Bankı Fondun idarəedilən vəsaitlərin 34,45 faizini, “Klariden Leu” isə idarəedilən vəsaitlərin 20,45 faizini idarə edir.  Göründüyü kimi, idarəedilən vəsaitlərin yarısına qədəri Dünya Bankının sərəncamındadır. Sözügedən maliyyə qurumunun hesabatlarına şübhə ilə yanaşırıq. Bu da bir göstəricidir ki, Dünya Bankı ilə Azərbaycan hökumətinin belə əhəmiyyətli sövdələşməsi, əməliyyatları var. Lakin hesab edirəm ki, Dünya Bankı digərləri ilə müqayisədə daha mötəbər, daha riski aşağı olan institutdur. DNF-nin vəsaitlərinin gəlirlik səviyyəsinin aşağı olması da narahatedicidir”.
    O da məlum oldu ki, “Şevron”, “Şirvan Oil”, “Total”, “Anşad”, “ExxonMobil”, “Devon” və üst-üstə daha 7 şirkət fərdi hesabatlığa keçidə razı deyillər.

    Neft pullarından Azərbaycana böyük pay düşmür

    Q.İbadoğlu ilin sonuna Əsrin kontraktının  dəyərinin təxminən 20 milyard dollar səviyyəsində olacağını dedi: “Bu müqavilə ilə bağlı 1994-ci ildə müzakirələrə başlayanda söhbət 8 milyard dollardan gedirdi. Bu təbii ki, böyük kənarlaşmadır. Düzdür, 1994-cü ilin qiymətləri ilə 2008-ci ilin qiymətləri arasında fərq çoxdur. Amma istənilən halda artım 2 dəfədən də çox olub. 2000-ci ildən sonra həm əməliyyat, həm kapital,  həm də ümumi xərclərdə əhəmiyyətli dərəcədə artım müşahidə edilib. Təhlil üçün 2003-2007-ci illəri götürdük və hesablamalar göstərdi ki, neft ixracatından və gəlirlərindən Azərbaycana düşən pay o qədər də böyük deyil. Bütövlükdə götürəndə bu, 14-15 faiz ətrafında dəyişir”.

    Hasil edilən neftin heç 10 faizi də reallıqda Azərbaycana çatmır

    Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirdi ki, neftsiz Azərbaycanın heç bir şeyi yoxdur: “1997-ci ilin noyabr ayının 7-dən Əsrin kontraktı  çərçivəsində “Çıraq” yatağından ilk neft hasil edilib. Bu hadisənin 11-ci ili qeyd edilən zaman 1 milyard barel neft hasil ediləcək. 2003-2007-ci illərin rəsmi rəqəmləri əsasında  mənfəət neftinin bölüşdürülməsini araşdırdıq. Maksimum rəqəm 15 faiz ətrafındadır, halbuki Əsrin müqaviləsində mənfəətin bölüşdürülməsi fəlsəfəsi 30 faizdən başlayır.
    Digər tərəfdən 2008-ci ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycan mənfəət neftindən 55 faiz, şirkətlər isə 45 faiz  paya malikdir. İkinci rübdə isə dövlətin payı 80 faiz, podradçının 20 faiz olub”. İ.Şaban dedi ki, DNF-nin saytında 2003-cü ildən bu tərəfə Azərbaycanın mənfəət neftinin həcmi  ilə bağlı məlumat yoxdur: “2007-ci ilin nəticəsinə görə, Azərbaycana çatan həcm 30,35 milyon bareldir. Halbuki həmin ildə 244,1 milyon barel neft hasil edilib. Belə çıxır ki, 32,9 milyon tondan Azərbaycana 4 milyon ton neft çatıb. Fakt odur ki, hasil edilən neftin heç 10 faizi də reallıqda Azərbaycana çatmır. 1997-ci il 7 noyabrdan bu ilin birinci yarısına qədər 950 milyon barel neft hasil edilib. Bunun cəmi 99,82 milyon bareli Azərbaycana mənfəət şəklində qaytarılıb. Xarici şirkətlər hesabatlarda bildirirlər ki, vergilər, ARDNŞ-in payı nəzərə alınmaqla bu 40 faizdən yuxarı olub. Bütün dünyada vergi ödənilir, bununla manipulyasiya etmək lazım deyil. 2008-ci ilin birinci yarısında neftin qiyməti tarixdə görünməmiş yüksək həddə çatdı. Bu yüksək hədd çərçivəsində Azərbaycan cəmi 6 milyard dollar qazanıb. İkinci yarım illik isə ölkə üçün çox pis başlayıb. Bu gün neft hasilatında 900 min bareldən 470 min barelə qədər enmə var. Eyni zamanda neftin dünya bazar qiymətləri aşağı düşüb”.
    İ.Şaban bildirdi ki, Azərbaycanda hasilatın pay bölgüsü ilə bağlı 27 müqavilə imzalanıb. Bu gün cəmiyyət üçün qismən açıq bp-nin operatorluğu olan layihələrdir: “Bəs 10-u hardadır? 2007-ci ildə Neft Fondunun hesabatında 2 şirkətin adı çəkilib -Kürsəngi Qarabağlı, Kalaməddin Mişovda. Yerdə qalan 8 şirkətdən nə vaxt mənfəət gözləyəcəyik? Əgər indiyə qədər mənfəət yoxdursa, kontraktların saxlanmasına rəvac varmı?”
    Tədirdə müstəqil iqtisadçılar, ölkədə fəaliyyət göstərən səfirliklərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumları, o cümlədən Neft Fondunun nümayəndəsi iştirak edirdi. LEYLA  /yeni musavat/




    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 760 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər