Çerşenbe axşamı, 19.03.2024, 07:23
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    AYƏ­TUL­LA­HÜL-ÜZ­MA SEYY­İD MƏ­HƏM­MƏD MÜF­Tİ-ŞİƏ MU­SƏ­Vİ ƏR­DƏ­Bİ­Lİ­NİN HƏ­YA­TI­NA QI­SA BA­XIŞ
    Həmd və sə­na ol­sun O Al­la­ha ki, elm və elm əh­li­nin mə­qa­mı­nı pak qə­rar ve­rib, Öz fə­zi­lət və rəh­mə­ti ilə on­la­rı xil­qət­də ən yük­sək var­lıq şə­rə­fi ilə zi­nət­lən­dir­miş­dir!
    Al­lah əmə­li sa­leh ali­min qə­lə­mi­nin mü­rək­kə­bi­ni Al­lah yo­lun­da şə­hid olan­la­rın qa­nın­dan da­ha fə­zi­lət­li bi­lir. O Al­lah ki, əməl olu­nan el­mi bə­şə­riy­yə­tə ni­cat yo­lu qə­rar ver­miş­dir.
    Şə­ha­dət ve­ri­rəm ki, şə­ri­ki ol­ma­yan Al­lah­dan baş­qa mə­bud yox­dur və Mə­həm­məd (s) onun bən­də­si və so­nun­cu Pey­ğəm­bə­ri­dir. Ona mə­lək Cəb­ra­il va­si­tə­si ilə yar­dım edil­miş və ka­mil ağıl­la ya­ra­dıl­mış­dır. Onun öv­lad­la­rın­dan olan mə­sum İmam­lar (ə) məx­lu­qa­tın ən yax­şı­sı və Al­la­hın bə­şə­riy­yət üçün gön­dər­di­yi höc­cət­lə­ri­dir.
    İs­lam­da elm öy­rən­mək çox tə­kid olu­nub. Qu­ra­ni-kə­ri­min ayə­lə­rin­də də elm öy­rən­mək və alim­lər bə­yə­nil­miş və Al­lah in­san­la­rı elm öy­rən­mə­yə əmr et­miş­dir. Qu­ra­ni-kə­rim­də bu­yu­ru­lur: "...Onun bən­də­lə­rin­dən yal­nız alim­lər Al­lah­dan qor­xar..." ("Fa­tir", 28).
    "Ey iman əh­li! Si­zə məc­lis­lər­də "Yer ve­rin!"-de­yil­di­yi za­man yer ve­rin ki, Al­lah da si­zə ge­niş yer ver­sin. Elə­cə də si­zə -"Qal­xın!"- de­yil­dik­də qal­xın ki, Al­lah da siz­dən olan iman əh­li­nin və (xü­su­si­lə) elm bəxş edil­miş şəxslə­rin də­rə­cə­lə­ri­ni ucaltsın. Al­lah et­di­yi­niz əməl­lə­rin ha­mı­sın­dan agah­dır!" ("Mü­ca­də­lə",11).
    "...De: -"Bi­lən­lər­lə bil­mə­yən­lər bir­dir­lər­mi? Yal­nız ağıl sa­hib­lə­ri nə­si­hət qə­bul edər­lər..." ("Zü­mər",9).
    Əziz İs­lam Pey­ğəm­bə­ri Həz­rət Mə­həm­məd (s) və onun mə­sum Əh­li-bey­tin­dən (ə) bu ba­rə­də çox­lu hə­dis və rə­va­yət­lər nəql olu­nub. Bu­ra­da o hə­dis­lər­dən bir ne­çə­si­nə işa­rə et­mək­lə ki­fa­yət­lə­ni­rik.
    Həz­rət Mə­həm­məd (s) Pey­ğəm­bər bu­yur­muş­dur: "Ali­min abid­dən üs­tün­lü­yü on dörd ge­cə­lik ayın ul­duz­lar­dan üs­tün­lü­yü ki­mi­dir və on­lar Pey­ğəm­bər­lə­rin va­ris­lə­ri­dir­lər".
    İmam Mə­həm­məd Ba­qir (ə) be­lə bu­yu­rub: "Öz el­mi ilə fay­da ve­rən alim yet­miş abid­dən üs­tün­dür".
    İmam Sa­diq (ə) bu­yu­rub: "Al­lah Tə­a­la bir bən­də­nin xey­ri­ni is­tə­yər­sə onu din­də fə­qih və alim edər".
    Alim­lə­rin və on­la­rın İla­hi əmrlə­rə ita­ət et­mə­si­nin fə­zi­lə­ti haq­qın­da olan ayə və hə­dis­lə­rə diq­qət et­dik­də din alim­lə­ri­nin Al­lah dər­ga­hın­da olan mə­qa­mı­nın ali­li­yi da­ha da ay­dın­la­şır. Mə­lək­lər on­la­rın ayaq­la­rı­nın al­tı­na qa­nad­la­rı­nı açır, dər­ya­da­kı ba­lıq­lar və sə­ma­da­kı quş­lar on­la­rın ba­ğış­lan­ma­sı­nı Al­lah Tə­a­la­dan is­tə­yir­lər.
    Təq­va­lı ali­min Al­lah ya­nın­da mə­qa­mı uca­dır və onun əm­ri­nə ta­be ol­maq ha­mı­ya va­cib­dir. Mə­sum İmam­dan (ə) nəql olu­nan bir rə­va­yət­də bu­yu­ru­lub: "Öz lə­ya­qə­ti­ni qo­ru­yan, nəf­si­nin is­tək­lə­ri­nə qə­lə­bə ça­lan və Al­la­hı­nın əmrlə­ri­nə ta­be olan alim­lə­rə ta­be ol­maq bü­tün in­san­la­ra va­cib­dir".
    İs­lam di­ni Əh­li-beyt (ə) mək­tə­bin­də qo­run­muş, ta­rix bo­yu təd­ris edil­miş və edil­mək­də­dir.
    Əh­li-beyt (ə) mək­tə­bi­nin xü­su­si üs­tün­lü­yü bu­dur ki, heç bir za­man bu mək­təb tə­til ol­ma­mış və be­lə­lik­lə, İs­lam di­ni zü­hur edən­dən bu gü­nə qə­dər hə­min alim­lər İs­lam di­ni­nə say­sız-he­sab­sız xid­mət­lər et­miş­lər. Bu­ra­da İmam Sa­di­qin (ə) za­ma­nı­nı nü­mu­nə ki­mi gös­tər­mək ye­ri­nə dü­şər. O Həz­rə­tin döv­rün­də si­ya­si təz­yiq­lər az ol­du­ğu üçün İmam müx­tə­lif elmlər­də dörd min alim ye­tiş­dir­mə­yə na­il ol­du. Bu alim­lər ta­rix bo­yu müx­tə­lif din və məz­həb­lər qar­şı­sın­da din və məz­hə­bi­mi­zi qo­ru­maq­la ya­na­şı, İs­lam elmlə­ri­ni də röv­nəq­lən­dir­di­lər.
    Xü­su­si­lə de­yil­mə­li­dir ki, Əh­li-beyt (ə) mək­tə­bin­də əhə­miy­yət ve­ril­miş, ca­ma­a­tı onu öy­rən­mə­yə sövq və rəğ­bət­lən­di­ril­miş elm fiqh el­mi­dir. Çün­ki o, in­sa­nın hə­qi­qi hə­ya­tı­nın şah da­ma­rı­dır və onun ölüm-qa­lım si­la­hı­nı təş­kil edir.
    Əh­li-beyt (ə) fiqh mək­tə­bi­nin ila­hi vəhydən qay­naq­lan­ma­sı, onun­la sıx və möh­kəm bir­ləş­mə­si və ge­niş əha­tə­yə ma­lik ol­ma­sı onun mü­hüm üs­tün­lük­lə­rin­dən­dir. Əsrlər keç­mə­si­nə bax­ma­ya­raq şiə fiq­hi da­vam­lı­lı­ğı, in­ki­şaf qa­bi­liy­yə­ti və də­rin məf­hu­ma ma­lik ol­ma­sı ilə bü­tün baş­qa məz­həb­lə­rin fiq­hin­dən se­çi­lir.
    Bu­na gö­rə şiə fiq­hi ta­rix­də da­vam edə­rək hər dövrdə çox­lu za­hid, fə­qih, əmə­li sa­leh alim və gör­kəm­li mü­tə­fək­kir­lər ər­sə­yə gə­tir­miş və bu alim­lər də öz növ­bə­lə­rin­də şiə fiq­hi­ni mü­da­fə et­miş­lər. On­lar öz elm, əməl və qə­ləm­lə­ri ilə İla­hi hökmlə­ri izah et­miş və ca­ma­a­ta çat­dır­mış­lar.

    Ai­lə­si və əsil-nə­sə­bi

    Bu nə­ca­bət­li ai­lə­nin əc­da­dı hə­lə qə­dim­dən baş­la­ya­raq Nə­cəf-əş­rəf, Qum, Ər­də­bil, Qəz­vin, Xəl­xal, Rəşt, Teh­ran və baş­qa şə­hər­lər­də məs­kun­laş­mış və mə­nə­viy­yat­da ön­cül olub, mü­vəf­fə­qiy­yət­lə ədəb və elm öy­rən­miş­lər.
    Bü­tün za­man­lar­da bu ai­lə­də çox­lu fə­qih, ədib, şa­ir, siy­sət­çi və sa­ir pe­şə sa­hib­lə­ri mü­şa­hi­də olu­nub. On­la­rın is­tər din, is­tər­sə də dün­yə­vi elmlər­də xü­su­si lə­ya­qət­lə­ri və mü­vəf­fə­qiy­yət­lə­ri var­dır. On­lar­dan bir ço­xu müx­tə­lif də­qiq elmlər­də də yük­sək el­mi mə­qam­la­ra çat­mış­lar.
    Bu sü­la­lə­dən olan bö­yük şəx­siy­yət­lər haq­qın­da ta­ri­xi və təh­qi­qi ki­tab­lar­da ya­zı­la­ra rast gəl­mək tə­əc­cüb­lü de­yil. Bu şəx­siy­yət­lər ba­rə­sin­də olan ya­zı­lar­da on­la­rın tə­fək­kü­rü və sə­ciy­yə­vi is­te­dad sa­hi­bi ol­ma­la­rı eh­ti­ram və tə­şək­kür­lə qə­lə­mə alın­mış­dır.

    Tə­vəl­lü­dü və adı

    Onun adı Mə­həm­məd ibn Mə­həm­məd Tə­qi ibn Mur­tə­za ibn Nəq­də­li ibn Mi­rə­li ibn Hü­seyndir. O bö­yük şəx­siy­yət Mu­sə­vi sey­yid­lə­rin­dən­dir. Onun nəs­li Mu­sa ibn Cə­fə­rin (ə) öv­la­dı, Mur­tə­za lə­qəb­li, Sey­yid İb­ra­him Əs­ğə­rə ça­tır. O hic­ri qə­mə­ri ta­ri­xi ilə 1347-ci ilin rə­cəb ayı­nın 10-da (mi­la­di 1928-ci il) o za­man­lar "Da­rül-ir­şad" ki­mi məş­hur olan Ər­də­bil şə­hə­rin­də dün­ya­ya göz aç­mış­dır.

    Ba­ba­sı

    Onun ba­ba­sı Ayə­tul­la­hül-üz­ma Sey­yid Mur­tə­za Xəl­xa­li Ər­də­bi­li öz döv­rü­nün mər­cəi-təq­li­di idi. O Nə­cəf-əş­rəf şə­hə­rin­dən Ər­də­bi­lə qa­yıt­dıq­dan son­ra bö­yük bir el­mi məd­rə­sə tə­sis et­di. Bu mən­tə­qə­nin ta­nın­mış şəx­siy­yət­lə­rin­dən ço­xu bu məd­rə­sə­də elm öy­rən­miş və yük­sək el­mi də­rə­cə­lə­rə na­il ol­muş­lar. Bə­rə­kət­li məd­rə­sə­nin şöh­rə­ti o qə­dər dil­lər əz­bə­ri ol­du ki, Cə­nu­bi Azər­bay­can­dan əla­və Qaf­qaz, Ba­kı, Şir­van, İrə­van, Nax­çı­van, Lən­kə­ran və bu ki­mi baş­qa yer­lər­dən də elm və mə­ri­fət öy­rən­mək is­tə­yən­lər bu­ra­ya axış­dı­lar! Bu alim və tə­lə­bə­lə­rin ço­xu so­vet ha­ki­miy­yə­ti­nə ta­be olan mən­tə­qə­lər­dən idi­lər. Ha­ki­miy­yət­də olan ate­ist, kom­mu­nist və marksistlər məs­cid, hü­sey­niy­yə və di­ni məd­rə­sə­lə­ri məhv edir, alim­lə­ri isə qət­lə ye­ti­rir və ya sür­gün edir­di­lər.
    Şeyx Mur­tə­za Ən­sa­ri­nin tə­lə­bə­lə­rin­dən olan Sey­yid Mur­tə­za Xəl­xa­li bir çox kə­ra­mət sa­hi­bi idi. O hic­ri qə­mə­ri ta­ri­xi ilə 1317-ci il­də dün­ya­sı­nı də­yiş­di və öz əc­da­dı­nın dəfn edil­di­yi Ər­də­bi­lin qə­dim ti­kin­ti­lə­rin­dən olan "Cü­mə məs­ci­di" ad­la­nan məd­rə­sə­də dəfn edil­di.

    Ata­sı

    Onun ata­sı Ayə­tul­la­hül-üz­ma Sey­yid Mə­həm­məd Tə­qi Müf­ti-şiə Ər­də­bil mən­tə­qə­si­nin rəh­bə­ri və mər­cəi-təq­li­di idi. Fiqh və usul el­mi­nə aid çox­lu əsər­lər yaz­mış­dır. Bun­lar­dan "Şə­cə­rə­tüt-təq­va" və "Zə­xi­rə­tül-üq­ba" ad­lı iki əmə­li gös­tə­riş ri­sa­lə­lə­ri­ni mi­sal gös­tər­mək olar. Bi­rin­ci ri­sa­lə hic­ri qə­mə­ri ta­ri­xi ilə 1336-cı il zil-hic­cə ayı­nın 18-də və ikin­ci ri­sa­lə isə hic­ri qə­mə­ri ta­ri­xi ilə 1344-cü il­də çap olu­nub. O Axund Xo­ra­sa­ni, Sey­yid Ka­zim Yəz­di və Sey­yid Mə­həm­məd Fi­şa­rə­ki İs­fa­ha­ni­nin tə­lə­bə­lə­rin­dən olub. Bö­yük alim, hic­ri qə­mə­ri ta­ri­xi ilə 1361-ci il­də və­fat et­miş­dir.

    Ana­sı

    Onun ana­sı "Sey­yi­dül-ülə­ma" lə­qə­bi ilə məş­hur olan sey­yid Ba­qir Ər­də­bi­li Nə­cə­fi­nin qı­zı­dır. Sey­yid Ba­qir Ər­də­bi­li Nə­cə­fi hic­ri qə­mə­ri ta­ri­xi ilə 1325-ci il­də öz us­ta­dı, gör­kəm­li mər­cəi-təq­lid Şeyx Mə­həm­məd Tə­qi Şi­ra­zi­dən dərs al­ma­ğa na­il ol­muş­dur. Sey­yid Ba­qir Ər­də­bi­li Nə­cə­fi Ayə­tul­lah Sey­yid Hə­bi­bul­lah Ət­ha­ri Ər­də­bi­li­nin oğ­lu, mü­həq­qiq Kə­rə­ki Amu­li­nin ba­cı­sı oğ­lu olan müc­tə­hid, Sey­yid Hü­sey­nin nə­və­lə­rin­dən­dir. Mü­həq­qiq Kə­rə­ki Amu­li Sə­fə­vi pad­şa­hı şah Təh­ma­si­bin za­ma­nın­da ya­şa­mış­dır.

    Əmi­lə­ri

    Biz bu­ra­da onun əmi­lə­rin­dən iki­si­ni qeyd et­mə­yi məq­sə­də uy­ğun bi­li­rik:
    Bi­rin­ci: Ka­mil fə­qih olan Ayə­tul­lah Sey­yid Əh­məd Muc­tə­hid. O Şeyx Hə­sən Ma­ma­qa­ni və Fa­zil Şə­rəb­ya­ni­nin tə­lə­bə­lə­rin­dən idi. Keç­miş­də mö­min­lə­rin iq­ti­sa­di və­ziy­yə­ti çə­tin olan vaxt öz uzaq­gö­rən­li­yi və gö­zəl təd­bir­lə­ri ilə on­la­rın və­ziy­yə­ti­ni ni­zam­la­yır­dı.
    İkin­ci: Ayə­tul­lah Sey­yid Mu­sa Fə­qih Mur­tə­zə­vi. Abid, arif və za­hid olan bu şəxs öz gör­kəm­li us­tad­la­rın­dan və ta­nın­mış mər­cəi-təq­lid­lər­dən olan Ayə­tul­lah Sey­yid Əbul­hə­sən İs­fa­ha­ni, Mü­həq­qiq Na­i­ni və Mü­həq­qiq İra­qi­dən ic­ti­had ica­zə­si­ni al­mış­dır.

    Öv­lad­la­rı

    Al­lah-Tə­a­la ona yed­di oğ­lan öv­lad əta et­miş­dir ki, on­la­rın üçü İs­lam elmlə­ri alim­lə­rin­dən­dir. O üç nə­fər bun­lar­dır:
    - Höc­cə­tul-İs­lam vəl-mus­li­min Sey­yid Mə­həm­məd Tə­qi.
    - Höc­cə­tul-İs­lam vəl-mus­li­min Ha­cı Sey­yid Mə­həm­məd Zə­ki.
    - Si­qə­tül-İs­lam Sey­yid Əbül­fəzl.

    Ca­van­lıq döv­rü

    Hic­ri qə­mə­ri ta­ri­xi ilə 1361-ci il zil-qə­də ayı­nın 29-da İmam Mə­həm­məd Tə­qi­nin (ə) şə­ha­də­ti­nə tə­sa­düf edən gün Ayə­tul­la­hül-üz­ma Müf­ti-şi­ə­nin ata­sı dün­ya­sı­nı də­yiş­di. Onun və­fa­tı mü­na­si­bə­ti ilə ümu­mi əza­dar­lıq elan olu­na­raq, qırx gün ma­təm məc­li­si bər­pa olun­du. Bu məc­li­sin so­nun­cu gü­nü Müf­ti-şiə İs­la­mın əziz Pey­ğəm­bə­ri­nin (s) li­ba­sı sa­yı­lan, ru­ha­ni­lik li­ba­sı­nı ge­yin­mək if­ti­xa­rı­na na­il ol­du və gör­kəm­li din xa­di­mi, mər­cəi-təq­lid olan Ayə­tul­la­hül-üz­ma Sey­yid Yu­nis Ər­də­bi­li əm­ma­mə­ni ona təq­dim et­di. O za­man, Ər­də­bil şə­hə­rin­də sa­kin olan Sey­yid Yu­nis son­ra­dan mü­qəd­dəs Məş­həd şə­hə­ri­nə köç­dü.
    Hic­ri-qə­mə­ri ta­ri­xi ilə 1363-cü il­də o, alim əmi­si Sey­yid Mu­sa Fə­qih Mür­tə­zə­vi­nin ica­zə­si ilə ata­sı­nın "Ba­zar məs­ci­di" ki­mi məş­hur olan məs­ci­di­nin və "Sey­yid Əh­məd məs­ci­di"nin axundlu­ğu­nu öz öh­də­si­nə gö­tür­dü.
    Ca­van­lıq­da xoş­rəf­tar, gö­zəl əx­laq­lı, ey­ni za­man­da alim­lə­rin nəs­lin­dən ol­du­ğu üçün əha­li onun İmam­lıq et­di­yi ca­ma­at na­ma­zı­na xü­su­si bir eh­ti­ram və iz­di­ham­la ye­ti­şir və xü­su­si hör­mət edir­di­lər.
    Ca­ma­at özü­nün və ya ai­lə­si­nin prob­lem­lə­ri­ni həll et­mək üçün ona mü­ra­ci­ət edir­di­lər. Bun­lar­dan əla­və o, ca­ma­at ara­sın­da təq­va və if­fə­ti, alim və təl­əbə­lər ara­sın­da isə fə­zi­lət və əda­lət­li alim ki­mi ta­nı­nır­dı.


    Əx­la­qi xü­su­siy­yət­lə­ri

    O, adə­tən az da­nı­şır, el­mi mü­za­ki­rə və ya Al­lah zik­rin­dən baş­qa söh­bət et­mir. Məc­lis­lər­də, qə­dim alim­lə­rin dav­ra­nış tər­zi, on­la­rın hə­ya­tın­dan ib­rət­li ha­di­sə­lər ya­xud fiq­hi mə­sə­lə­lər və hə­dis­lər da­nı­şır. Hə­mi­şə dü­şü­nür və təq­va yo­lu­nu tu­tur. O, düz da­nı­şan, müs­tə­qil fi­kir­li və öz rə­yi­ni sər­bəst şə­kil­də bə­yan edən bir şəxsdir. Xal­qın, xü­su­si ilə öz dostla­rı ara­sın­da təq­va və iba­dət­lə özü­nə rəğ­bət qa­zan­mış­dır.

    Təh­sil döv­rü

    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı, güc­lü zə­ka­ya ma­lik­dir, elm və təh­sil­də zə­rif el­mi mə­qam­la­rı be­lə göz­dən qa­çır­mır. Da­hi və zə­ka­lı ol­ma­sı, onun si­ma­sın­dan açıq-aş­kar hiss olu­nur. O, ib­ti­dai, or­ta və ali di­ni təh­si­li­ni Ər­də­bil şə­hə­ri­nin bö­yük alim­lə­rin­dən al­mış­dır. On­la­rın da bir ço­xu onun ata­sı Ayə­tul­lah Seyid Mə­həm­məd Tə­qi Müf­ti-şi­ə­nin tə­lə­bə­lə­rin­dən idi­lər.
    O, Şeyx Mur­tə­za Ən­sa­ri­nin qə­lə­mə al­dı­ğı "Ər-rə­sa­il" ki­ta­bı­nı Ayə­tul­lah Şeyx Qu­lam Hü­seyn Qə­rə­vi­dən və Şeyx Mur­tə­za ibn Mə­həm­məd Əmin Ən­sa­ri­nin yaz­dı­ğı "Əl-mə­ka­sib" ki­ta­bı­nı isə, öz əmi­si Ayə­tul­lah Seyid Mu­sa Fə­qih Mur­tə­zə­vi­dən dərs al­mış­dır.

    Qum şə­hə­ri­nə köç­mə­si

    Hic­ri qə­mə­ri ta­ri­xi ilə 1367-ci il­də mü­qəd­dəs Qum şə­hə­ri­nə köç­dü və o döv­rün gör­kəm­li mər­cəi təq­lid və da­hi alim­lə­ri­nin dərslə­rin­də iş­ti­rak et­di. Biz bu­ra­da on­la­rın bə­zi­lə­ri­nə işa­rə edi­rik:
    - Ayə­tul­la­hül-üz­ma Seyid Hü­seyn Tə­ba­tə­bai Bu­ru­cer­di cə­nab­la­rı­nın fiqh el­mi­nin "Na­maz" möv­zu­su dərslə­rin­də iş­ti­rak et­miş­dir.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Mə­həm­məd Höc­cət Kuh­kə­mə­ri cə­nab­la­rı­nın fiqh el­mi­nin "Mü­a­mi­lə" möv­zu­su dər­sin­də iş­ti­rak et­miş­dir.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Ru­hul­lah Mu­sə­vi Xo­mey­ni cə­nab­la­rı­nın "Üsul" dər­sin­də iş­ti­rak et­miş­dir.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Mə­həm­məd mü­həq­qiq Da­mad cə­nab­la­rı­nın fiqh el­mi­nin "Tə­ha­rət" möv­zu­sun­da­kı dər­sin­də iş­ti­rak et­miş­dir.
    - Əl­la­mə Seyid Mə­həm­məd Hü­seyn Tə­ba­tə­ba­i­nin "Təf­sir" və "Fəl­sə­fə" dərslə­rin­də iş­ti­rak et­miş­dir.
    O za­man Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə tək­cə təh­sil­lə de­yil, həm də təd­ris­lə məş­ğul olur­du. O, ali səthdə "Ər-rə­sa­il", "Əl-mə­ka­sib 1" "Ki­fa­yə­tül-üsul 2" və "Mən­zu­mə" ki­tab­la­rı­nı təd­ris edə­rək gör­kəm­li tə­lə­bə­lər ye­tiş­dir­di.

    Nə­cəf-əş­rəf
    şə­hə­ri­nə köç­mə­si

    Rə­bi­ül-əv­vəl ayı­nın 16-da ic­ti­had dərslə­ri­ni ka­mil­ləş­dir­mək üçün İs­lam elmlə­ri­nin mən­bə­yi və İmam Əmi­rəl-mö­mi­nin Əli­nin (ə) şə­hə­ri olan Nə­cəf-əş­rəf şə­hə­ri­nə yol­lan­dı.
    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı, o döv­rün gör­kəm­li və ta­nın­mış mər­cəi təq­lid­lə­ri­nin dərslə­rin­də iş­ti­rak et­di. Bu­ra­da on­la­rın bə­zi­si­nə işa­rə edi­rik:
    - Ayə­tul­la­hül-üz­ma Seyid Möh­sün Tə­ba­tə­bai Hə­kim.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Mah­mud Şah­ru­di.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Əbul­qa­sim Xo­yi.
    - Da­ha çox Ayə­tul­la­hül-üz­ma Hil­li­nin fiqh dər­sin­də, təq­ri­bən 10 il müd­də­tin­də iş­ti­rak et­miş­dir. O, us­ta­dı Ayə­tul­la­hül-üz­ma Hil­li­nin dərslə­ri­nə izah­lar yaz­mış və onun tə­lə­bə­lə­ri­nin ən sa­vad­lı­la­rın­dan bi­ri he­sab olu­nur­du.
    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə hic­ri qə­mə­ri ta­ri­xi ilə 1388-ci il­də həcc zi­ya­rə­tin­dən qa­yıt­dıq­dan son­ra Ayə­tul­la­hül-üz­ma Hil­li­nin höv­zə­vi dərslə­ri­ni bi­tir­di. Son­ra özü müs­tə­qil şə­kil­də fiqh və üsul elmlə­ri­ni təd­ris et­mə­yə və qə­lə­mə al­ma­ğa baş­la­dı.

    Və­tə­nə qa­yı­dı­şı

    Hic­ri-qə­mə­ri ta­ri­xi ilə 1379-cu il­də Ər­də­bi­lin ta­nın­mış din­dar­la­rın­dan bir dəs­tə­si Nə­cəf şə­hə­ri­nə ge­dər­kən Ayə­tul­la­hül-üz­ma Hə­ki­min gö­rü­şü­nə get­di­lər. On­lar gö­rüş əs­na­sın­da Ayə­tul­la­hül-üz­ma Hə­kim­dən Ayə­tul­lah Müf­ti-şi­ə­ni öz nü­ma­yən­də­si ola­raq Ər­də­bi­lə gön­dər­mə­yi xa­hiş et­di­lər. Mər­hum Hə­kim, onun Nə­cəf-əş­rəf­də qal­ma­sı­nı is­tə­mə­si­nə bax­ma­ya­raq ca­ma­a­tın tə­ki­di­ni və ona olan eh­ti­ya­cı nə­zə­rə ala­raq, on­la­ra ra­zı­lıq ve­rib Ayə­tul­lah Müf­ti-şi­ə­ni Ər­də­bil şə­hə­ri­nə yol­la­dı.
    Hic­ri qə­mə­ri ta­ri­xi ilə 1380-ci il­də da­hi şiə ali­mi Ayə­tul­la­hül-üz­ma Bu­ru­cer­di və­fat et­di. Bun­dan son­ra Cə­nu­bi Azər­bay­can­da ya­şa­yan mö­min­lər, Ayə­tul­la­hül-üz­ma Hə­ki­min şə­ri və ic­ti­mai mə­sə­lə­lər­də fət­va və nə­zər­lə­ri­ni bil­mək üçün, Ayə­tul­lah Müf­ti-şi­ə­ni va­si­tə­çi bi­lə­rək ona mü­ra­ci­ət edir­di­lər.
    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə bir il ya­rım Ər­də­bil şə­hə­rin­də qal­dıq­dan son­ra, öz təd­qi­qat və təh­qi­qat iş­lə­ri­ni tək­mil­ləş­dir­mək üçün Nə­cəf-əş­rəf şə­hə­ri­nə qa­yıt­dı.

    Nə­cəf-əş­rəf şə­hə­rin­dən
    çı­xa­rıl­ma­sı

    Hic­ri qə­mə­ri ta­ri­xi ilə 1396-cı il­də İra­qın ha­kim re­ji­mi Nə­cəf-əş­rəf el­mi höv­zə­si­nin bağ­lan­ma­sı ba­rə­də qə­rar qə­bul et­di.
    Çox­lu alim, müc­tə­hid və fi­lo­sof­la­rı özün­də cəm edən bu höv­zə, Əh­li-beyt (ə) mək­tə­bi­nin möh­kəm el­mi sü­tun­la­ra ma­lik olan bir mər­kə­zi idi. O za­man mil­liy­yə­ti İran, Hin­dis­tan, Tür­ki­yə, Pa­kis­tan və Əf­qa­nıs­tan tə­lə­bə­lə­rin "əc­nə­bi" ol­ma bə­ha­nə­si ilə de­por­ta­si­ya olun­ma­sı əm­ri ve­ril­di. Bun­dan əla­və bə­zi ta­nın­mış şəx­siy­yət­lər həbs edil­di və ya nə­za­rə­tə alın­dı. O cüm­lə­dən Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə bir çox alim və tə­lə­bə­lər­lə bir­gə ne­çə gün həbsxa­na­da sax­lan­dıq­dan son­ra İra­na de­por­ta­si­ya edil­di­lər.

    Qum şə­hə­ri­nə qa­yıt­ma­sı

    O, İra­na qa­yıt­dıq­dan son­ra, şə­ri və­zi­fə­si­nə əməl et­mək, dərslə məş­ğul ol­maq, nəf­si saf­laş­dır­maq, ki­tab yaz­maq, ca­ma­a­tın eh­ti­yac­la­rı­nı tə­min et­mək və ic­ti­mai prob­lem­lə­ri­ni həll et­mək üçün, Qum el­mi höv­zə­si və Həz­rət Mə­su­mə­nin (ə) hə­rə­mi ya­xın­lı­ğın­da məs­kun­laş­dı.
    Şiə alə­mi­nin gör­kəm­li mər­cəi təq­li­di Ayə­tul­la­hül-üz­ma Xo­yi və­fat et­dik­dən son­ra, Ayə­tul­la­hül-üz­ma Səbzva­ri, müc­tə­hid­lik ica­zə­si ver­mək, İra­nın da­xi­lin­də və xa­ri­cin­də şə­ri və­kil və nü­ma­yən­də tə­yin et­mək və mə­sə­lə və su­al­la­ra ca­vab ver­mək və­zi­fə­si­ni Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı­na tap­şır­dı.

    Əsər­lə­ri

    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə, dərslə­rin­də iş­ti­rak et­di­yi us­tad­la­rı­nın fiqh və üsul dərslə­ri­ni əxz et­miş və on­la­rı top­la­ya­raq izah et­miş­dir. Onun bu əmə­yi höv­zə və fənn alim­lə­ri tə­rə­fin­dən bə­yə­nil­miş və yük­sək qiy­mət­lən­di­ril­miş­dir.
    Onun aşa­ğı­da sa­yı­lan əsər­lə­rin­dən bi­rin­ci beş əsə­ri Qum şə­hə­rin­də, di­gər­lə­ri isə Nə­cəf-əş­rəf şə­hə­rin­də ol­du­ğu dövrdə qə­lə­mə alın­mış­dır:
    - "Ki­ta­bül-bey" (al­ver hökmlə­ri), Ayə­tul­la­hül-üz­ma Höc­cət cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan dər­si­nin iza­hı.
    - "Ki­ta­büs-sə­lat" (na­maz hökmlə­ri), Ayə­tul­la­hül-üz­ma Seyid Hü­seyn Tə­ba­tə­bai Bu­ru­cer­di cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan dər­si­nin iza­hı.
    - "Ki­ta­büt-tə­ha­rət" (tə­ha­rət ki­ta­bı), Ayə­tul­la­hül-üz­ma Seyid Mə­həm­məd mü­həq­qiq Da­mad cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan dər­si­nin iza­hı.
    - "El­mül-üsul" (üsul el­mi). O, bu ki­tab­da Ayə­tul­la­hül-üz­ma Seyid Ru­hul­lah Mu­sə­vi Xo­mey­ni cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan üsul dər­si­ni, xü­su­si­lə "Mə­ba­hi­sul-əl­faz" və "La cəb­rə və la təf­viz" böl­mə­si­ni əq­li və şə­ri də­lil­lər­lə izah et­miş­dir.
    - Tə­li­qa­tül-us­ta­zil-əl­la­mə", "Mən­zu­mə" və "Əs­fa­rül-ər­bəə" ki­ta­bı­nın fəl­sə­fi əsas­la­rı ba­rə­də Əl­la­mə Seyid Mə­həm­məd Hü­seyn Tə­ba­tə­ba­i­nin nə­zər­lə­ri­nin iza­hı.
    - "Sə­fər və ca­ma­at na­ma­zı" və həc­cin mü­hüm mə­sə­lə­lə­ri­nin bə­zi­si haq­qın­da Ayə­tul­la­hül-üz­ma Seyid Mah­mud Şah­ru­di cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan dər­si­nin iza­hı.
    - Ayə­tul­la­hül-üz­ma Seyid Əbul­qa­sim Xo­yi cə­nab­la­rı­nın ali səth üçün nə­zər­də tu­tu­lan üsul dər­si­nin tam iza­hı.
    - Ayə­tul­la­hül-üz­ma Şeyx Hü­seyn Hil­li cə­nab­la­rı­nın "Bey" (al­ver), "Xi­ya­rat" (ix­ti­yar­lar) və "Ür­və­tül-vüs­qa" ki­ta­bı­nın "Tə­ha­rət" böl­mə­si­nin ali səth üçün nə­zər­də tu­tu­lan dər­si­nin iza­hı.
    - "La zə­rər və la zi­rar" qay­da­sı haq­qın­da ri­sa­lə.
    - Axund Xo­ra­sa­ni­nin "Ki­fa­yə­tül-üsul" ki­ta­bı­nın şər­hi.
    - "Əl-li­ba­sül-məş­kuk" (şəkkli pal­tar) ri­sa­lə­si.
    - "Fü­rıf ül-il­mül-ic­ma­li" ad­lı ri­sa­lə.
    - Fiqh el­min­də olan "iq­rar", "Ri­za" və baş­qa mü­hüm qay­da­lar haq­qın­da ri­sa­lə.
    - "Əl-fiq­hül-məb­sut" ki­ta­bı. Alim bu ki­tab­da fiq­hi mə­sə­lə­lə­rə xü­su­si tərzlə ya­naş­mış və on­la­rı araş­dır­mış­dır. Ki­ta­bın əv­və­lin­də Qu­ran ayə­lə­ri, hə­dis­lər, üsul el­mi­nin qa­nun­la­rı və şə­ri də­lil­lər özü­nə ge­niş yer al­maq­la ya­na­şı, on­lar izah edil­miş və əmə­li gös­tə­riş­lər ət­raf­lı şə­kil­də şərh olun­muş­dur.
    - "Tov­zi­hül-mə­sa­il" (əmə­li gös­tə­riş­lər) ri­sa­lə­si.
    Bun­dan əla­və bu gör­kəm­li alim əx­laq el­min­də və nəf­sin saf­laş­dı­rıl­ma­sı haq­qın­da bir sı­ra ki­tab­lar yaz­mış­dır ki, hə­lə çap olun­ma­yıb.
    Al­lah Tə­a­la­dan is­tə­yi­rik ki, o ki­tab­la­rın çap olun­ma­sın­da yar­dım­çı ol­sun!

    El­mi mə­qa­mı

    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı, gör­kəm­li alim və mər­cəi təq­lid­lər­dən müc­tə­hid­lik ica­zə­si­ni al­mış­dır. Alim­lə­rin onun üçün yaz­dıq­la­rı ica­zə­na­mə­lər­də bu ali­min elm və təq­va­da uca mə­qa­ma sa­hib ol­ma­sı ba­rə­də ya­zı­lar öz ək­si­ni ta­pır. O alim­lər Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı­nın uca mə­nə­vi-əx­la­qi mə­qam­la­rı­nı, təh­qi­qat­çı, nə­zər sa­hi­bi ol­ma­sı­nı və əx­la­qi xü­su­siy­yət­lə­ri­ni xü­su­si ilə vur­ğu­la­mış­lar.
    Hət­ta gör­kəm­li mər­cəi təq­lid və alim­lə­rin bə­zi­si onun­la mü­hüm mə­sə­lə­lər­də məs­lə­hət­lə­şir­di­lər. Ayə­tul­la­hül-üz­ma Seyid Mah­mud Şah­ru­di hic­ri qə­mə­ri ta­ri­xi ilə 1390-cı il zil-qə­də ayı­nın 26-da onun­la bağ­lı yaz­dı­ğı mək­tub­da bil­di­rir: "Nə­cəf el­mi məd­rə­sə­si­nin ona və onun ki­mi bö­yük alim­lə­rə eh­ti­ya­cı çox­dur. Bu­na gö­rə mən onun Nə­cəf­də qal­ma­sı­nı va­cib sa­yı­ram".

    İc­ti­mai xid­mət­lə­ri

    Ayə­tul­la­hül-üz­ma Müf­ti-şiə cə­nab­la­rı im­kan­sız şəxslə­rə xid­mət və kö­mək et­mək­də çox ça­lı­şır. O, mək­təb və xey­riy­yə cə­miy­yət­lə­ri­nin in­şa­sın­da, məs­cid və tibb mən­tə­qə­lə­ri­nin ti­kil­mə­sin­də mü­hüm ro­la ma­lik­dir.
    O bə­zi alim­lə­rə, eh­ti­ya­cı olan və im­kan­sız şəxslər üçün nə­zər­də tu­tu­lan xey­riy­yə təd­bir­lə­rin­də xüms pu­lun­dan xərclə­mə­yə ica­zə ve­rib.
    Son­da mər­hum Ayə­tul­la­hül-üz­ma Səbzva­ri cə­nab­la­rı­nın onun şəx­siy­yə­ti haq­qın­da bu­yur­du­ğu söz­lə ki­fa­yət­lə­ni­rik: "Siz ka­mil və lə­ya­qət­li şəxssi­niz və si­zin yax­şı iş­lə­ri­niz­dən ra­zı­yıq".

    islaminsesi.az
    Категория: İslam alimleri | Добавил: media-islam (09.09.2008)
    Просмотров: 3992 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər