Ulduzlu bir gecə qonağım oldu,
Ulduzlardan sənin rəsmini çəkdim.
O qaranlıq səma nura qərq oldu,
Sevgi dolu baxışın sinəmə çəkdim.
Gözlərim gözlərində donub qalıb,
Əllərin əllərimdə sıxılıb qalıb.
Sevdan qəlbimdə daha məskən salıb,
Məskənin yanına hasarlar çəkdim.
Nə gecəm oldu nədə ki, gündüzüm,
Sənsiz gülməz olub, hey ağlar gözüm.
Sənsiz necə yaşayım de, necə dözüm,
Bilsən eşqindən mən nələr çəkdim.
Ürəyimdə sönməz sevda alovu,
Bəxtiməmi çıxmış sevgi tilovu.
İndi bildim nədir məhəbbət alovu,
Bu alovu ərşə səninlə çəkdim.
Həsrətin viran etdi məni inan,
Unuda bilmirəm səni heç bir an
Anla artıq sevirəm sevgimə inan,
Göylər bilir nə ah, nalələr çəkdim.
Dönmərəm əsla bu sevgi yolunnan,
Sevmişəm mən səni eşqin yolunnan.
Azərəm, ölüm olsa dönməm yolumnan,
Ölüncə sevməyə mən imza çəkdim.
QONAQ YAZAR AZƏR ƏHMƏDOV