Ömrünün axır məqamlarında xanım Zəhra(s.ə)-nın Peyğəmbər(s)-in qəbrinin üstündə söylədiyi şer
...Ey üzün torpaqlar altda gizlədən kəs!
Duymadınmı, söylə bir səs?!...
Duymadınmı naləmi, etdim fəğan,
Yer də duydu, göy də duydu, lərzəyə gəlmiş cahan...
Duydun əlbət, sən duyansan, baxma zahirdə uyuyansan.
Ey ata! Bax canima düşmüş mənim dərdi-bəla
Ol qədər ki, sığmaz olmuş mən kimi bir cana da.
Ey ata bax zülm ediblər canıma,
Kim rəva görmüş bunu, aləmdə mən tək xanıma?!...
Düşsə idi günlərin üstə bu cür dərdi-bəla,
Qarə geymiş leylətə bənzərdi artıq, ey ata!
Keçdi artıq ol zamanlar ey ata,
Ağuşunda gəzdiyim cənnət məkanlar, ey ata!
Çox sevərdin sən məni, qoymazdın kədərlənməmi
Oxşayardın könlümü, nurlandırardın ömrümü.
Onda yoxdu kimsədən qorxum mənim
Canıma zülm etməyə həddi nəydi zalimin?!...
Bir cinayət işlədir ki, bu bəşər görsən hələ,
Az qalır yerlər yarılsın, göy özün çaxsın yerə
Baş əyir cismim bu zülmə, çox həvəs salmışdır ölümə...
Qumrular yalnız gecə eylər fəğan
Həm gecə, həm gündüzü mən ağlaram.
Can ata, sən qoymusan yalqız məni
Qüssə-qəm, olmuşdu könül həmdəmi
Həsrətindən gözlərim hey ağlayır
Boynuma mirvari tək yaşlar gərdanlıq bağlayır.
Ziynətim olmuş daha göz yaşlarım,
Qəm-kədərdir bax mənim yoldaşlarım...
Qorxuram ki hər gecə,
Qəbrinin ətrin alan kəs, ki, buna layiq olan kəs,
Bir də bu müşk-ənbəri qoxlamaya,
Qüssələrlə köksünü oxlamaya...
10 iyul 2005
Qonaq yazar Həşimov Rasim |