Cüme, 29.03.2024, 11:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 8 » İslam əxlaqını göstərə bilirikmi?!
    00:05
    İslam əxlaqını göstərə bilirikmi?!
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
                                        
                                       İslam əxlaqını göstərə bilirikmi?!

                                  Mehriban və bağışlayan Allahın(CC) adı ilə

     

    Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanları Cənnətə daxil edən şeylərin ən mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik olmaqdır.

    Peyğəmbərin hədisinə nəzər salsaq görəcəyik ki,əxlaq və təqva insanı mənəviyyata aparan ən mühüm vasitədi.İnsan əgər mənəviyyatını,nəfsini paklamaq istəyirsə gərək əxlaqı və təqvası olsun.Bəs təqva nədi? İmam Sadiq əleyhissalamdan təqvanın təfsiri barəsində soruşdular, Həzrət buyurdu:  Təqva budur ki, Allah-taala səni, Özünün əmr etdiyi işlərdə və yerlərdə qaib, qadağan etdiyi yerlərdə isə hazır görməsin.Təqvanın bir mənasıda budur ki,gərək elə hərəkət edəsən ki,sənin bu hərəkətinlə insanlarda sənə qarşı yox islama qarşı simpatya artsın.Yəni oturmusan bir yerdə dini söhbət edirsən.İslam haqda gözəl söhbət edirsən.Amma sənin niyyətin o olmalıdır ki,Allah dinini təbliğ edəsən.Bu iş nəticəsində insanlarda islam barədə maraq artır.Amma ki,sən istəyirsən ki,insanlarda sənə qarşı simpatya yaransın.Desinlər ki,gör necə danışır bəh-bəh halal olsun.Sənin niyyətin bu olsa belə hiss edəcəksən.Amma gərək islam əxlaqı ilə sən islamı təbliğ edəsən,özünün gözəl danışıq qabilyətini yox.Səni tanıyan tanıyır,bilir sən necə insansan.Ehtiyac yoxdu özüvü reklam edəsən və bunada islamı vasitə qərar verəsən.Bu islam əxlaqına sığan məntiq  deyil.Bu oldu təqva ilə əxlaqını göstərmək.

    İkincisi əxlaqı göstərmək.Amma necə?!Bu barədə yollar çoxdu.Bəzilərin qeyd edək.Əvvəlcə gərək dilini qoruyasan ki,əxlaqında problemlər olmasın.Bəs dilini qorumaq nədi?!Dil elə bir şeydir ki,onunla əxlaqını hər tərəfli göstərə bilərsən.Məsələn biri oturub məclisdə,başlayır artıq-əskik danışmağa.Qıraqdan baxan deyir görən bu evində tərbiyə almayıb?!Bu özünü elə göstərdi ki,dili ilə əxlaqını göstərdi.İndi mömin oturub məclisdə.Ancaq hədis deyir,moizə eləyir,Peyğəmbərin və Əhlibeytin məqamından və islamın gözəlliklərindən danışır.İndi qıraqdan baxan nə deyər?!Bunu hamımız bilirik deyərlər ki,Allah sənin atandan,anandan razı olsun sənin kimi tərbiyəli uşaq yetişdirib.Bu misallara baxanda görəciyik ki dil ilə insan bütün ömür xəttini cızır.Bu barədə əhlibeytdən hədis var.Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.Belə bir məşhur söz var.Deyirlər ki tarixdə olan döyüşlərin hamısı dildən çıxan sözlər vasitəsi ilə baş verib.Burdan gördüyümüz kimi əxlaqı göstərmək üçün dilimizdən çıxan sözlərə fikir vermək lazımdı.Buda oldu dil barədə olan yol.Digər yol cəmiyyətdə olan hərəkətlərinlə əxlaqını göstərmək.Bu barədə bir əhvalat nəql edib,birdə hədis yazacam.Hadisə belədi:”Bir gün mədinədə İmam Həsən(ə) və İmam Hüseyn(ə) gəldilər dəstəmaz alıb namaz qılalar.Bu vaxt hələ balaca uşaq idilər.Bunlarında yanında bir qoca kişi dəstəmaz alırdı.Amma səf alırdı.Həsən(ə) və Hüseyn(ə) qocaya belə müraciət etdilər.Baba bax gör Hüseyn dəstəmazı düz alır,ya mən?Qoca səhv etdiyini anladı və dəstəmazın düz aldı. ”.Bu hərəkətləri ilə cənnət cavanlarının ağaları qocanın səhv etdiyini başa saldılar.Gör necə gözəl əxlaqla.Amma bəzilərimizdə var ki, birinə bir şey göstərəndə qəlbin qırır.Amma islam əxlaqı olsa belə etməz.Gərək islam əxlaqını cəmiyyətdə yayaq.İnsanlar deməsin ki,buna bax gör nə tərbiyə alıb.Əksinə desinlər əhsən sənin əxlaqına bala.İmam Hüseyn(ə) buyurub:”Kimə bu dörd şey verilsə,ona dünya və axirət xeyri verilmişdir:danışıqda düzlük,əmanəti qaytarmaq,qarnı(haramlardan)gözləmək,xoş xasiyyət”.

    Allah bizə əhlibeyt əxlaqından bizə nəsib etsin.İmam Zaman(ə.f) ağanıda bizlərdən razı salsın.Sonda Bütün möminləri şaban ayında olan mövludlar münasibəti ilə təbrik edirəm.Qabaqdan gələn İmam Zaman(ə.f) ağanın mövlududa bütün möminlərə mübarək olsun

    İlkin_Hüseyni Media-islam yazarı

    08.08.2008

    Просмотров: 1161 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər