Çerşenbe axşamı, 16.04.2024, 22:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 18 » Qadınlara verilən dəyər
    23:28
    Qadınlara verilən dəyər
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
                                                      
     

                                        Mehriban və bağışlayan Allahın(c.c) adı ilə

     

    Bu dəfə yazımızda ilk əvvəl tarixlər boyu qadınlara verilən dəyərdən danışacayıq,sonrada islam dininin qadınlara verdiyi dəyərə nəzər salıb müqayisə edəcəyik.Ən sonda  oxuyub nəticəni  özümüz çıxararıq.

    Əsirlər boyu qadınlara müxtəlif xalqlar içində müxtəlif cür rəftarlar ediblər.Bunuda qeyd edək ki keçmişdə də müxtəlif dinlərdə hicab vəya örpəkdən istifadə olunub.Qeyd edək ki,onlarda mövcud olan hicab  islam qanunlarından daha sərt və şiddətli olmuşdur.Bunu üçün bir neçə sənəddən istifadə edəcəm.Məşhur tarixçi alim Vill Dorant”Tarixi təməddün”(Sivilzasiyalar tarixi) kitabının 12-ci cildinin 30-cu səhifəsində(farsca tərcüməsindən) yəhudi qövmü və “Təlmud qanunu” barəsində belə deyir.

    “… Əgər hər hansı bir yəhudi qadın bu qanunu pozmaq fikrinə düşsəydi,məsələn.başına bir şey örtmədən camaatın arasına getsəydi,ictimai yerlərdə yun əyirsəydi,kişilərlə söhbət edib ucadan danışsaydı və onun səsini qonşular eşitsəydi,onda o qadını mehriyyə vermədən boşayardılar”

    Bu yəhudilərdə olan hicab barədə qanun.

    İndi isə qədim iranlılar barəsində “Tarixi təməddün” kitabının 1-ci cildinin 552-ci səhifəsində bu barədə deyilir.

    “Zərdüşlər arasında qadınların böyük hörmətli və yüksək məqamı var idi.Onlar tam azad şəraitdə və üzü açıq halda gəl-get edirdilər”

    Sonra belə yazılır

    “Daryuşdan sonra qadının məqamı,xüsusi ilə varlılar arasında nisbətən tənəzzülə uğradı.Kasıb qadınlar iş görmək üçün ictimai yerlərdə get-gəl etməyə məcbur olduğundan,öz azadlıqlarını qoruyub saxlamışdılar,lakin başqa qadınlara gəldikdə isə onların heyz(ay başı) dövründə evdə oturmaları vacib idi.Bu vacib hökm tədricən onların bütün ictimayi həyatını əhatə etdi.Bu işin özüdə müsəlmanlar arasında hicab və örpəyin yaranmasının əsas səbəbi hesab olunur.Cəmiyyətin yüksək təbəqələrinə mənsub olan qadınların məxsus kəcabə və örtülü arabalardan başqa bir şeylə evdən çıxmağa cürəti yox idi.Onlara heç vaxt icazə verilmirdi ki,aşkar surətdə kişilərlə qaynayıb-qarışsınlar.Ərli arvadların heç bir kişini hətta ata və qardaşını görməyə belə haqqı yox idi.Qədim İranın daş kitabələrində həkk olunmuş şəkillərdə bir nəfərdə olsun,üzü açıq qadın görünmür və onların adı çəkilmir...”

    Göründüyü kimi,qədim İranda çox şiddətli və sərt hicab hökmləri hakim olub.Hətta ərli qadınların ata və qardaşları da ona naməhrəm hesab olunurmuş.Vill Dorantın əqidəsinə görə qədim zərdüşt  dini adət-ən’ənələrinə uyğun olaraq heyzli qadınlara (bu barədə mövcud olan qayda-qanunlara  əsasən) müəyyən bir otaqda həbs edilir,bu müddət ərzində hamı ondan uzaq gəzir və onunla ünsiyyətdə  olmaqdan çəkindirir-dilər.Məhz bu adət qədim İranda hicabın yaranmasının əsas amili olmuşdur.Yəhudilərin arasında da heyz(aybaşı) olan qadınların barəsində belə kəskin qanunlar icra olunurdu.Tarixə qısaca nəzər saldıqda sonra baxaq görək islam dini qadınlara necə qiymət verir.Bu barədə əvvəlcə bir neçə hədisi və islam tarixində olanları nəzərinizə çatdırım,sonra zəmanədə qadına verilən dəyər barədə qısaca danışaq

    İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu:  Qadınlar öz ərləri üçün bəzənə bilərlər.Quranda bu barədə buyrulur
         
    «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər». (Əhzab, ayə 58).Baxaq islamın  xanımlara verdiyi dəyərə.İslam dini xanımlara verdiyi dəyəri qısaca deyim.İslam deyir ki,xanım həyatın hər sahəsində fəal olmalıdı,islam deyir ki.xanım ərinə görə bəzənməlidi,islam deyir ki,xanım iffətini(yəni hicabını) yerə qoymamalıdı,islam deyir ki xanımlar özlərini na məhrəmə göstərməməlidi.Bu mövzuya belə yaxınlaşaq,biz bu gün qeyrət namus deyirik.Amma elə insanlar bu sözü deyir ki qızlarını demək olar ki soyundurub çıxarır çölə və deyir ki namusluyam.Bu sözüm cahillərə aiddi.Amma bir həqiqəti qəbul edək islam dinin qadınlara  verdiyi dəyəri heç bir din indiyə qədər verməyib.İslam dini o vaxt zühur etdi ki,körpə qızlar diri-diri basdırılırdı.Amma Hz.Muhamməd(s) gəldi və dedi ki ey insanlar xanımlar kişilər cəmiyyətdə eynidi,bərabərdi.Qızlarımız gözümüzün işığıdı.Peyğəmbər bunu əməldə də sübut etdi.Qızı Xanım Zəhra(s.ə) hər dəfə gələndə Hz.Muhamməd(s) ayağa qalxar qızın aınından öpərdi və başda əyləşdirərdi.Bu əməli ilə göstərdi ki,islam dini xanımlara necə dəyər verir.Hətta bir dəfə bir xanım gəlib dedi ki ya Muhammed(s) ərim evə gəlmir bizi atıb gedib bir diyarda ancaq gecə-gündüz ibadət edir.Bunu eşidən ağa Muhamməd(s) hirsləndi və o kişinin yanına getdi.Dedi niyə belə edirsən?Məgər mən xaımlara dəyər vermir gedib ibadət edirəm?!Heyhat mən belə etmirəm!Əgər belə etsən mənim sünnətimi tapdalayacaqsan!Peyğəmbərin buyurduğu kimi xanımlar bizim başımızın tacıdı.Na məhrəmi bacımız,məhrəmi isə gözümüzün işığıdı.Bunu bütün ümmət,bütün insanlar bilməlidi bu barədə mən ancaq bunları deyə bilərəm.

    Allah(CC) bizi əhlibeytdən qıraq salmasın!İmam Məhdi(Ə.F) zührun təcil etsin.amin

     

    İlkin_Hüseyni WwW.MEDiA-iSLAM.CoM  saytının yazarı

    Просмотров: 4745 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 2
    21.08.2008
    cox gozel tesekkur edirem Allah razi olsun

    21.08.2008
    1. esger (telebe89) [Material]
    Ela bu haqda melumatlanmaq menim uchun de xeyirli oldu --meger hicab evveller de var imish--bu o demekdir ki menim fikrimce bezi seyler ki insan fitretinde var (meselen allaha siginmaq/ evlenmek/ovlad ,veten sevgisi ve s. kimi meyller) hicab da mehz Allaha olan itaetiden dogan bir fitri qanundur.
    Men de b ir maraqli fakti nezerinize chatdirmaq isterdim:
    Allah Agili ilk once yaradarken ona dedi ki get getdi, gel donub geldi.
    dedi ki rebbin qarshisinda secde et(Sohbet Ehmed(s.e.s) peygemberden gedir.
    Ancaq agil birinci secdeden qaldiqdan sonra ozluyunden yene de secdeye gederken, Rebbi sordu:
    neden sen ikinci defe yeniden secdeye getdin
    Agil:
    bilmirem ichimden bele geldi dedi
    elbette ki Allah bizlere qoydugu meyar ve olchuden qiraga chixa bilmerik.

    goylerde ve yerlerde ne varsa Onun nezaretindedir. Kim onun yaratdiqlarindan xarice chixa biler ki?!
    texmini menim oxudgum bir aye ble idi/
    Allah senden razi olsun -Qardashim Ilkin!
    vesselamu aleykum ve rehmetullahi ve berekatuhu

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər