Şenbe, 21.12.2024, 20:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 42
    Qonaq: 42
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 2 » FELESTİNDE HUMANİTAR BÖHRAN DERİNLEŞİR
    11:49
    FELESTİNDE HUMANİTAR BÖHRAN DERİNLEŞİR
    Hacı Namiq Babaxan: «İsrailin Qəzza zolağında törətdikləri 60-70 ildə həyata keçirilən vəhşiliyin ən son həddidir»
       
        Artıq bir neçə gündür ki, İsrail rejimi Fələstin xalqına qarşı hücumlarını şiddətləndirərək, xüsusilə fələstinlilərin məskunlaşdığı Qəzza zolağını - HƏMAS təşkilatının rəhbərlik etdiyi ərazini blokadaya alıblar. Belə ki, yanacaq və enerji təminatı dayandırılıb, hətta əraziyə ərzaq və dərman preparatlarının keçirilməsinə də imkan verilmir. Buna səbəb kimi yəhudi hərbi birləşmələrinin son silahlı basqınına HƏMAS-ın müqaviməti göstərilir. Qeyd edək ki, həmin hadisə zamanı 18 dinc fələstinli qətlə yetirilib.
        Bir neçə gün öncə Qəzza bölgəsində humanitar vəziyyət daha kəskin xarakter aldığına görə ərazidəki sakinlər Qəzza ilə Misir arasındakı sərhədi bir neçə yerdən partladaraq, qonşu ölkəyə keçiblər. Misir prezidenti Hüsnü Mübarək isə blokadadan əziyyət çəkən fələstinlilərə yardım göstərilməsinin davam edəcəyini, blokada aradan qaldırılmayana qədər sərhədin bərpa olunmayacağını bildirib. Ərzaq və gündəlik tələbat məhsulları almaq məqsədilə qonşu ölkənin ərazisinə 700 min fələstinlinin daxil olduğu bildirilir. Xəbərlərdə o da deylir ki, ərəb dövlətləri BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edəcəklər. Qətnamədə Qəzzada yaranan humanitar vəziyyətdən narahatçılıq ifadə olunur. Eyni zamanda, əraziyə yardımın, elektrik enerjisinin verilməsinin dayandırılması, ərzaq və tibbi preparatların daşınmasının əngəllənməsi pislənilir.
        Məsələ ilə bağlı münasibətini açıqlayan Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan son 60-70 il ərzində belə bir dəhşətli hadisənin baş vermədiyini söylədi: «İsrailin Qəzza bölgəsində törətdikləri vəhşiliyin, zorakılığın, cinayətkarlığın ən son həddidir. HƏMAS-ın müqavimətini bəhanə gətirib Qəzzanın blokadaya alınması heç cür anlaşılmır. Bu təşkilat yalnız və yalnız Fələstin xalqının müdafiəsi, işğal altında olan torpaqların azadlığı uğrunda mübarizə aparır. İnsan haqlarından, ədalət prinsiplərindən dəm vuran Amerika və digər imperialist Qərb dövlətləri, beynəlxalq təşkilatlar Qəzzadakı vəziyyətə heç bir reaksiya vermirlər. Əksinə, onlar haqq uğrunda mübarizə aparan HƏMAS-ı dünya ictimaiyyətinə terrorçu təşkilat kimi təqdim edirlər. Xatırlatmaq istərdim ki, ABŞ 11 sentyabr hadisələrinin səbəbini araşdırmadan okeanın o tayından müsəlman ölkələrinə hərbi həmlə etdi, şəhərləri, kəndləri viran, yüzlərlə insanı qanına qəltan elədi. Amma bu gün Qəzza zolağı blokadaya alınsa da, insanlar yerindən-yurdundan pərən-pərən düşsə də, bunun əsl səbəbi ortalığa qoyulub cinayətkarlara qarşı heç bir tədbir görülmür».
        Dünyada bütün dəyərlərin ayaq altına atıldığını dilə gətirən Hacı Namiq Babaxanın sözlərinə görə, insan haqları, demokratiya adlı məfhumlar yalnız ABŞ-a, Qərbə, Avropaya, sionist İsrail rejiminə lazım olan zamanlarda yada düşür.
        N.Babaxan düşünür ki, hazırda Fələstində həyata keçirilən cinayət hadisələrində İsrailin baş naziri Ehud Olmert kimi Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın da kifayət qədər rolu var: «Mahmud Abbas bəyan edir ki, o, baş verənlərin öhdəsindən gələ bilmir və buna görə istefa vermək istəyir. Onun kimi xalqına asi çıxan şəxslər dövlətin və xalqın başında qaldıqca faciələr baş verəcək. Yəhudi hərbi qüvvələri Qəzzaya raketlərini tuşladığı bir vaxtda o, Amerikanın Annapolis şəhərində İsraillə Fələstin arasında sülh müqaviləsinə imza atdı. Halbuki, Mahmud Abbas yaxşı bilirdi ki, HƏMAS Annapolis müqaviləsinə etiraz edəcək. Və bu, HƏMAS-ı daim təzyiq altında saxlamaq, təşkilata qarşı hücuma keçmək üçün bir vasitə olacaq».
        «Amerika-İsrail cütlüyü, bütövlükdə İslam düşmənləri «Hizbullah»a, İrana, Suriyaya olan nifrətini HƏMAS-ın, məzlum fələstinlilərin üzərinə yönəldiblər». Bunu da söhbət əsnasında Hacı Namiq Babaxan dedi. Müsahibim düşünür ki, dünya müsəlmanları, ümumiyyətlə bütün azadlıqsevər xalqlar qəsbkarların Qəzzada törətdikləri hadisəyə və onların himayəçilərinə etirazlarını bildirməlidirlər: «Amerika imperializmi və beynəlxalq sionizmin işğalçılığına qarşı birgə mübarizə olduqca vacibdir. Əks təqdirdə, heç kəsin işğal olunmuş torpaqlarıyla bağlı səsini ucaltmağa haqqı yoxdur, o cümlədən Azərbaycanın».
        Sonda yaxın günlərdə böyük müsəlman dövlətlərinin rəhbərlərinin Fələstində baş verənlərə etiraz edəcəyini proqnozlaşdıran Hacı Namiq Babaxan bunları dedi: «Yəqin ki, bundan sonra İsrail və ona havadarlıq edən imperialist ölkələr vandalizmə və cinayətkar əməllərinə son qoyacaqlar».
    İstinad islaminsesi internet qəzeti
    Категория: Dünyada | Просмотров: 1278 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər