Bazar ertesi, 30.12.2024, 21:17
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 16 » İSLAMAFOBLARIN TEHRİKÇİ NİYYETLERİ (Analiz)
    20:43
    İSLAMAFOBLARIN TEHRİKÇİ NİYYETLERİ (Analiz)
    nullBir neçə il əvvəl Danimarkanın bir neçə üzdəniraq qəzetlərində yer almış bədnam karikatura qalmaqalının yaratdığı sarsıntı aradan getməmiş həmin qəzetciklər sanki məqam gözləyirmiş kimi növbəti dəfə Məhəmməd Peyğəmbərin (s) təhqirinə cəhd göstəriblər. Belə ki, Danimarkanın 5 gündəlik qəzeti Həzrət Peyğəmbərin karikaturalarını çəkən müəlliflərdən birinə qarşı guya planlaşdırılan sui-qəsdə etiraz əlaməti olaraq həmin təsvirlərdən birini dərc edib. Xatırladaq ki, bütün müsəlmanları hiddətləndirən və beynəlxalq qalmaqala səbəb olan karikaturalar 2005-ci ilin sentyabrında ilk dəfə adıçəkilən ölkənin «Jullands-Posten» qəzetində dərc edilib.

    Kimlərinsə dini heysiyyatını aşağılamaq insanlığa sığmayan hərəkət olmaqla yanaşı, həm də çox qorxulu tendensiyadır. Yəqin ki, İslam ümmətinin sevimli Peyğəmbərini təhqir etməyə cəhd göstərən avropalı rəssam və qəzetçi ünsürlər bunu çox yaxşı başa düşürlər. Onlar ilk dəfə bu bədnam addımı atanda müsəlmanların hiddətini, yaşanan olayları yaddan çıxarmış deyillər. Amma buna baxmayaraq, bəhanələrlə çirkin niyyətlərini həyata keçirməkdə davam edirlər. Hansısa karikaturaçı rəssama qəsd etmək istəyənlərə qarşı Məhəmməd Peyğəmbərin (s) şəklini yenidən dərc etmək dinlərarası münasibətləri qızışdırmaq, təhrikçilik sindromu hesab oluna bilərmi?

    Bu və digər məsələlərə münasibət bildirən Azərbaycan Birlik Təşkilatının sədri, «Birlik-Press» qəzetinin baş redaktoru Hacı Namiq Babaxan düşünür ki, səbəbindən asılı olmayaraq Məhəmməd Peyğəmbərin (s) təhqirinə cəhd göstərmək bütün dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənilməlidir: «Belə təhrikçi hərəkətlər İslam dünyasına, müsəlmanlara, bütövlükdə bəşəriyyətə, insanlığa təhqir hesab olunmalıdır. İnsanların dini heysiyyatına, İlahi dəyərlərinə təhqiredici nəzərlərlə yanaşmaq qətiyyən yolverilməzdir».

    Həm uzaq, həm də yaxın tarixdə İslamın müqəddəs simalarının təhqirinə cəhd olunduğunu söyləyən müsahibimə görə, bunlar düşünülərək, həyata keçirilib və indinin özündə də cərəyan edir: «İstənilən halda qarşıdurma yaratmaq istəyən tərəflər bütün vasitələrdən istifadə edə bilərlər. Ola bilsin ki, həmin karikaturaçı rəssama sui-qəsd planı Məhəmməd Peyğəmbərin (s) şəklini yenidən dərc etmək istəyənlər tərəfindən hazırlanıb. Sui-qəsdi həyata keçirmək istəyənlər isə sadəcə aldadılmış, müxtəlif vasitələrlə ələ alınmış insanlar ola bilər».

    Hacı Namiq indiki dövrdə İslam dövlətlərilə Qərb və Avropa ölkələri arasında müəyyən anlaşılmazlığın mövcud olduğunu və bunun öz çirkin əməllərini reallaşdırmaq üçün bədxahlara fürsət yaratdığını bildirdi: «Hesab etmək olar ki, bəzi qüvvələr münasibətləri daha dərin nöqtəyə çatdırmaq üçün müsəlmanların dini heysiyyatına toxunur, onları qıcıqlandırmağa çalışır. Digər tərəfdən, Qərbdə, Avropada İslamın inkişafından, sivilizasiyalararası dialoqdan narahat olan qüvvələr məkrli addımlarıyla müsəlmanları təxribata, iğtişaşa cəlb etməklə, onların simasında vəhşi müsəlman obrazı yaratmaqla İslam dinini nüfuzdan salmaq məqsədini qüdürlər».

    Bütün hallarda hadisənin ciddi fəsadlar yaratmaması üçün önləyici tədbirlərin görülməsinin zəruriliyindən söz açan Hacı Namiq bunları dedi: «Belə məqamlarda ilk gündən hər iki tərəfin din xadimləri, müdrik insanları məsələni çözmək istiqamətində danışıqlar aparsalar və bədxahlar əməllərinə görə cəzalandırılsa, hər hansı qarşıdurma baş verməyəcək. Düzdür, bir neçə ölkə istisna olmaqla əksər müsəlman dövlət başçıları öz xalqının yox, qərbli, avropalı, yəhudi ağalarının diqtə etdiyi maraqları həyata keçirirlər. Ona görə də İslam müqəddəslərinin, Qurani-Kərimin təhqirinə cəhd göstərilən zaman biz təəssüf ki, onların birgə əks-reaksiyasının şahidi olmuruq. Amma bu, o demək deyil ki, bütövlükdə müsəlmanlar birləşə, birgə mübarizə apara bilmirlər və bu kimi hadisələrə göz yumub qəbul edirlər. Müsəlman dünyası səbir, dözüm nümayiş edəndə İslam düşmənləri bizi birləşə bilməməkdə, çılğıncasına etiraz edəndə isə qaragüruhçuluqda ittiham edirlər. Ona görə də bütün hallarda müsəlmanlar düşünülmüş və təmkinli tədbirlə Allahın bütün bəşəriyyət üçün göndərdiyi Məhəmməd Peyğəmbəri (s) müdafiə etməlidirlər. Və İslam düşmənləri dərk etməlidirlər ki, onların iyrənc əməlləri həmişə müsəlman dindarların, möminlərin, İslamyönlü təşkilatların mübarizəsinə və müqavimətinə tuş gələcək».

    Islamin Sesi


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1239 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər