Cənubi Qafqaz regionunda isə Azərbaycan xüsusilə həssas bölgə hesab olunur Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişkənliyi ilə mübarizəyə həsr edilən hesabat hazırlayıb. Sənəddə deyilir ki, 42 ildən sonra bəşəriyyət təbii fəlakətlərdən yaxa qurtara bilməyəcək. Qlobal iqlim dəyişikliyi, daşqınlar, içməli su ehtiyatlarının çatışmazlığına səbəb ola bilər. Hesabata görə, son 150 ildə dünyada tempratur 1 dərəcə yüksəlib. Bu yüksəlişini yarısı son 25 ilə təsadüf edir. Ekpertlərin ehtimallarına görə, əgər yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə bəşəriyyət üçün böyük təbii fəlakətlər, quraqlıq, sel və daşqınlar deməkdir.
İstiləşmə nəticəsində Antarktidada və Arktikadakı buzlaqlar əriyərsə okean suyunun səviyyəsi 60 metr yüksələcək. Şimali Afrika, Saxara səhrası, Cənubi Asiya xüsusi risq zonasıdır. Qlobal istiləşmənin fəsadları ilə ilk növbədə isə Rusiyanın Sibir, Ural və Avropa hissəsi, eləcə də Orta Asiya ölkələri üzləşəcəklər. Cənubi Qafqaz regionunda isə Azərbaycan xüsusilə həssas bölgə hesab olunur. Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqınlar, içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. Su ehtiyatları, meşələrə, kənd təsərrüfatına ciddi ziyan dəyə bilər. Lap yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha bir metr qalxacağı gözlənilir. Bakı şəhərində təkcə məişət tullantıları və zibilxanalar Abşeron yarımadasında havanın orta tempraturunun 1 dərəcə dəyişməsinə səbəb olur. Bu tullantıların açıq şəraitdə yandırılması isə yarana biləcək təhlükə riskini daha da artırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hesab edir ki, təbiət özü bu məsələdə filtr rolunu oynayır.
|