Главная » 2008 » Mart » 14 » İSLAMİ BANKİNQİN PROQRAM TeMİNATI BURAXILMIŞDIR
14:03 İSLAMİ BANKİNQİN PROQRAM TeMİNATI BURAXILMIŞDIR |
Hindistanın müasir texnologiyalar sahəsində nəhəng şirkəti olan «Infosys Technologies» firması Avropa, Qərbi Asiya və Uzaq Şərq bazarlarında tətbiq olunmağa hesablanmış islami bankinqin xüsusi proqramlarının istehmsalına başlamışdır. «India Business News» qəzetinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bu yeni soft (proqram) – banklar üçün universal proqram – FUBS-un onuncu versiyasının ümumdünya buraxılışı çərçivəsində tətbiq olunmağa başlamışdır.
«Bu proqram banklara islami bankinqin «muzəribə», «icarə», və s. kimi rəngarəng konsepsiyaları üzərində əsaslanaraq müxtəlif bazar seqmentləri üçün olan özlərinin məhsullarını hazırlamaq üçün çevik və müxtəlif maliyyə alətlərinin assortimentini təklif edir», - deyə şirkətin Bombey şəhərindəki nümayəndələri qeyd etmişlər.
FUBS proqram təminatı İslami maliyyə idarələrinin hesabat və aditinin təşkili standartlarına cavab verir. Qeyd etmək lazımdır ki, hal-hazırda islami bankinqin xidmət çərçivəsi ənənəvi Yaxın Şərq, İndoneziya və Malayziya bazarları hüdudlarından çıxmaqdadır. Və artıq bu maliyyə sahəsinin kifayət qədər ciddi artımı Böyük Britaniyada və Sinqapurda görünməkdədir.
|
Категория: Dünyada |
Просмотров: 1313 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|