Главная » 2008 » Mart » 17 » ELMAR MEMMEDYAROV MÜSELMAN DÖVLETLERİNE MÜRACİET ETMİŞDİR
10:44 ELMAR MEMMEDYAROV MÜSELMAN DÖVLETLERİNE MÜRACİET ETMİŞDİR |
“Azərbaycanın İşğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT-nin Baş Assambleyasının plenar iclasında səsverməyə qoyulacaq. Mən bütün İKT-yə üzv dövlətləri bu layihənin lehinə səs verməyə çağırıram «Biz beynəlxalq ictimaiyyəti Erməni təcavüzünü ifşa etməyə və Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzərində suverenliyini bərpa etmək cəhdlərini dəstəkləməyə çağırırıq». Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmədyarov islam Konfransı Təşkilatının iclasında çıxış edərkən söyləyib. Elmar Məmmədyarov İKT-yə üzv dövlətləri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərinə görə, təşəkkür edib və dəstəklərini bundan sonra da davam etdirməyə çağırıb.
«Bu gün, bir neçə saatdan sonra “Azərbaycanın İşğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi BMT-nin Baş Assambleyasının plenar iclasında səsverməyə qoyulacaq. Mən bütün İKT-yə üzv dövlətləri bu layihənin lehinə səs verməyə çağırıram. Sizin müsbət səsiniz İslam həmrəyliyini və mənim ölkəmə haqlı qardaş dəstəyini nümayiş etdirəcək», - deyə xarici işlər naziri vurğulayıb.
Həmçinin xarici işlər naziri bəyan edib ki, İKT-yə üzv olan bir sıra ölkələrdəki hazırkı vəziyyət Azərbaycan üçün dərin narahatlıq mənbəyidir. Bununla əlaqədar Üzv Dövlətlər İslam həmrəyliyini davam etdirməli və ehtiyacı olan dövlətlərə dəstəklərini artırmalıdırlar. «Fələstindəki, xüsusilə Qəzza zolağındakı vəziyyət bizi narahat edir. Azərbaycan bir daha qardaş Fələstin xalqını və onların sülh, sabitlik, və müstəqil Fələstin dövləti yaratmaq cəhdlərini dəstəklədiyini bildirir. Azərbaycan bütün üzv dövlətləri İslam dünyasındakı münaqişələri beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll etmək cəhdlərini davam etdirməyə çağırır. Mən bir daha Əfqanıstan, Livan, Somali, Sudan və digər üzv dövlətlərin hökumətlərinin sülh və stabilliyi bərpa etmək cəhdlərini dəstəkləyimizi bildirmək istəyirəm. Mən Pakistan prezidentinin Kəşmir mübahisəsinin həlli istiqamətində Hindistanla ikitərəfli səviyyədə başlamış təşəbbüslərini dəstəklədiyimizi, və Kipr türklərinin təcrid olunmasının davam etməsindən doğan narahatlığımızı bildirirəm», - deyə Elmar Məmmədyarov rəsmi Bakının mövqeyini bəyan edib.
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1514 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|