Cüme, 26.04.2024, 01:00
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 29 » “ÖLÜM KORPUSU”ndan UCALAN AZAN SeSİ
    15:17
    “ÖLÜM KORPUSU”ndan UCALAN AZAN SeSİ

    Allahu Əkbər! Allahu Əkbər!

    Allahdır böyüklərin ən Böyüyü! Allahdır üstünlərin ən Üstünü! Allahdır ucaların ən Ucası! Allahdır Əkbər! Ucalır Bayılda Azan səsləri. Ucalır, söyləyir, danışır Azan!


        Allahu Əkbər! Allahu Əkbər!

    Nə bəxtəvərdir bu sözləri dillərinə gətirənlər?! Nə bəxtəvərdir bu sözlərin mahiyyətinə varanlar?! Bu dörd kəlmənin fəlsəfəsini duyanlar Azan nidalayar, Ondan Uca “yoxdur” deyər, Ondan Üstün “yoxdur” deyər, Ondan Böyük “yoxdur” deyər.
    Allahım! Sənsən böyüklərin ən Böyüyü, Sənsən ucaların ən Ucası, Sənsən üstünlərin ən Üstünü! Hətta “ölüm korpusu” bu vücudi həqiqətdən sanki “dirilir”. Yusifiyyə-Kazimiyyə əhli dəmir barmaqlıqların arasına sığmayan, İlahi eşqlə dolu öz vücudları ilə buraya bir “dirilik” bəxş edir. Sanki yaranış aləminin vücudi nizamının harmonik ahənginə qovuşdurur buranı onlar.

        Əşhədu əlla ilahə illəllah!
        Əşhədu əlla ilahə illəllah!

    Allahdan başqa heç bir varlıq ilahlığa layiq deyil! Şəhadət verir “ölüm korpusu”nu dirildən bəndələr bu həqiqətə. Yer, göy, Bayıl zindanının soyuq divarları, balaca dar nəfəsliyi, dəmir barmaqlıqlar - sizlər şahid olun! Şahid olun bu vicdan məhbuslarının bütün varlıq aləminə yönələn vücudi harayına!
    “Yox!” deməyi bacardılar bu şəhadət verənlər! “Yox!”  dedilər Allahdan başqa hər bir şeyə! “Yox!” dedilər lənətlik şeytanın vəsvəsələrinə, vahimələrinə, qorxularına! Zəmanə məcnunlarıdır bunlar! Zəmanə aşiqləridir bunlar!
    “Yox!”, bir daha “Yox!” eybəcərliklərə, pisliklərə, şərlərə, mənfiliklərə!
    “Yox!”, bir daha “Yox!” sonradan yaranan, müvəqqəti parıldayan, sonu olmayan hər bir eyni-mahiyyətə!

        Əşhədu ənnə Muhəmmədən Rəsulullah!

    Şəhadət verir vicdan məhbusları Həzrət Muhəmmədin (s) Allahın Rəsulu olmasına! 124 min peyğəmbərin gözü, canı, qəlbi, möhürü olan Həzrət Muhəmmədin (s) ümmətidir bunlar! Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), İsanın(ə) nübuvvət silsiləsini yekunlaşdıran Həzrəti Mustafa (s) yolunun yolçularıdır bunlar! Məkkə-Mədinənin nuru, kamilliyin zirvəsi, bəşərə sevginin təcəssümü olan bir Rəsulun (s) bağının meyvəsi, bəhrəsidir bunlar!

        Əşhədu ənnə Muhəmmədən Rəsulullah!

    Şahid ol, ey Bayıl zindanı bu şəhadətə! Şahid ol, vicdanına xəyanət etməkdən boyun qaçıran bu vicdan məhbuslarının əhdinə, peymanına! Bu əhl, 124 min peyğəmbərin apardığı Xeyir və Şər döyüşünü anlamış bir əhldir! Anlayıb, Xeyir düşərgəsinin sonuncu Peyğəmbərinə - Rəsuli-Mustafaya (s) şəhadət verən bir əhldir bunlar! Bunlar bir vicdan məhbusu! Bunlar bir İlahi bəndə!

        Əşhədu ənnə Əmirəlmömininə Əliyyən Vəliyyullah!

    Agah ol, ey göy əhli! Agah ol, ey yer əhli! Agah ol, ey dəmir barmaqlıqların arasından sızan Səba küləyi! Şahid ol, bu eşq əhlinin Əliyə (ə) sevgilərini təzahür etdirən şəhadətlərinə! Şahid ol, həqiqət carçısına, ədalət təcəssümünə bəslənən bu məhəbbətin şəhadətinə! Rəsul (s) məktəbinin ən uca şagirdi, elm şəhərinin qapısı, Zülfüqar sahibi, yetimlərin qayğıkeşi, haqqı pozulanların pənah yeri, Allahın dostu və vəlisi, möminlərin əmiri Əlinin (ə) ədalətini duyan kəslərin şəhadətidir bu! Əlinin (ə), Fatimeyi-Zəhranın (s.ə.), Həsənin (ə), Hüseynin (ə) düzgünlük və hər hansı çirkinlikdən uzaq yolunun davamçılarının şəhadətidir bu! Əhli-Beyt (ə) eşqidir bu! Lənətlik əbu-ləhəblərə, müaviyyələrə, yezidlərə, şümürlərə nifrətini təzahür etdirən bir mətanətin zirvəsidir bu!

        Əşhədu ənnə Əmirəlmömininə Əliyyən Vəliyyullah!

    Əlinin (ə) ədaləti, Fatimənin (s.ə.) isməti, Həsənin helmi (ə), Hüseynin (ə) Kərbəlası, Aşurasıdır bu!

        Həyyə ələs-saləh!
        Həyyə ələs-saləh!

    Vicdan məhbusları tələsir namaza! Rəbbləri ilə münacata tələsir onlar! Rəbblərinə doğru meraca tələsir onlar!

        Həyyə ələl-fələh!
        Həyyə ələl-fələh!

    Vicdan məhbusları tələsir vücudi qurtuluşa! Vicdan məhbusları tələsir vücudi xilasa! Vicdan məhbusları tələsir vücudi səadətə, nicata! Hətta, “ölüm kameraları” nın hər cür insan faciəsinə öyrəşmiş soyuq divarları sanki riqqətə gəlir. Vicdan məhbuslarının vücudi fəlaha səadətə can atmaları ilə sanki vücudi hərəkətə gəlir onlar!

        Həyyə alə xeyril əməl!
        Həyyə alə xeyril əməl!

    Tələs! Tələs işlərin ən xeyirlisinə - namaza! Tələs! Tələs Rəbbinlə görüşə! Məcnunlar tələsir! Aşiqlər tələsir! İtirmə! Uduzma! Qazan ən xeyirlisini! Tələs Rəbbinə qovuşmağa!

        Allahu Əkbər! Allahu Əkbər!

    Eşit, ey dünya! Eşit, ey insanlıq! Eşit, Bayıl zindanının soyuq divarları! Eşit, dəmir qəfəslər, dəmir barmaqlıqlar! Eşit, Səba küləyi! Eşit və çatdır bu vücudi harayı!
    Vicdan məhbuslarının seçimini çatdır - Allahdır Əkbər! Allahdır ucaların ən Ucası!

        La ilahə illəllah!
        La ilahə illəllah!

    Eşidin vicdan məhbuslarının azanda son sözünü! Eşidin eşqin sözünü! Ey “vücudi ölülər”, siz də eşidin suçsuz məhbusların bu vücudi harayını! Yoxdur Allahdan başqa bir ilahi varlıq! Yoxdur Onun müqabilində pərəstişə layiq bir kəs! Yoxdur o gözəlliyin müqabilində bir şey! Allahım! Eşit bizim harayımızı! Allahım! Biz Səni sevirik! Allahım! Biz Sənə doğru gedirik! Allahım! Biz Həzrət Muhəmməd (s) ümmətiyik! Allahım! Biz Əhli-Beyt (ə) ? Əli (ə), Zəhra (s.ə.), Həsən (ə), Hüseyn (ə) aşiqiyik! Allahım! 12-ci İmam, zülmün kökünü kəsən, ədaləti bərqərar edən Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) mübarək fərəcinin intizarında olan, həsrət dolu baxışlarla onun yolunu gözləyən bir bəndələrinin dualarını qəbul et! Allahım! Bizə hər an Səninlə olmağı nəsib et!

    Bayıl türməsi, 130-cu kamera, mart 2004-cü il.


     

    Hacı İlqar İBRAHİMOĞLU
    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2157 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər