Azərbaycan İslam Partiyası 1 Aprel, BMM-də “Erməni fitnəsinə dəstək verənlərin sırasında duran ATƏT-in Minsk qrupu və Beynəlxalq sionizm 1918-ci il soyqırımından xəbərdardırlar” mövzusunda mətbuat konfransı keçirdi.
Açılışı Azərbaycan İslam Partiyasının mətbuat katibi Akif Heydərli etdi. O, Azərbaycanın o soyırımdan sonar daima soyqırımlarla üzləşdiyi və indinin özündə Azərbaycana mənəvi soyqırımların olduğunu bildirdi.
Bundan sonra Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayev bu haqda geniş danışdı. Bundan sonra, O Azərbaycanın özünə dost tutduğu ABŞ, BMT-nin Ermənistana qarşı çıxartığı qətnaməni rədd etdi.
Daha sonra Birlik Partiyasının sədri Hacı Xudu Xuduyev çıxış etdi. Xuduyev öz fikirlərini bölüşdükdən sonra daha bir neçə Ziyalı və Partiya sədrləri və üzvləri danışdı.
Bu mövzuların hamısında bütün günahların əsas mənbəyinin sionistlərin olduğu bildirilərkən, konfrans zalında olan jurnalistlərin əksəriyyəti zalı tərk etdilər və məndə belə bir hiss yarandıki, aya görəsən bu jurnalistlərin sionistlə nə bağlılığı var! Axı zalda danışılanlar hamısı bir həqiqətdir və danışanlar hamısı dəlilnən danışırlar.
Sonda Konfrans iştirakçılarına "Azərbaycan İslam Partiyasının 1918-ci il 31 mart müsəlman Azərbaycan xalqının soyqırımı, xalqımıza və bütövlükdə İslam aləminə qarşı dünyada baş verən təxribatlarla bağlı bəyənatı" paylandı.