Главная » 2008 » Aprel » 4 » UNESKO HOLLANDİYALI DEPUTATIN ANTİ-İSLAM HEREKETİNİ KESKİN PİSLEYİB
16:37 UNESKO HOLLANDİYALI DEPUTATIN ANTİ-İSLAM HEREKETİNİ KESKİN PİSLEYİB |
İndi də Mürtəd Salman Rüşdünün «Şeytan ayələri» əsasında tamaşa qoyulmuşdur
Son illərdə artıq dünyanın yeni müstəvilərə addımladığı artıq hamıya məlumdur. Avropada, ABŞ-da Şərq ölkələrində müxtəlif irqçi qüvvələr artıq açıq aşkar dünya insanları arasında qəzəbin, nifrətin alovlanmasına sanki məqam tapmışdırlar. Xüsusilə də Avropada müsəlmanların ictimai siyasi proseslərə aktiv qoşulması bir çox fitnəkar qüvvələrdə qısqanclıq hisslərinin oyanmasına səbəb olmuşdur. Maraqlıdır Avropa xalqları ilə müsəlman xalqlarının aralarında qarşıdurma yaratmğa cəhd edən qüvvələr hansı dövlətlərdən qaynaqlanır?
Son günlərdə Hollandiyalı bir ünsürün islam dinini aşağılamq məqsədilə çəkdiyi filmin fəsadları aradan qaldırılmamış yeni bir əxlaqsız insanın idealarını işıqlandırmaq təşəbbüsü ortalığa atılmışdır.
Belə ki, bu günlərdə, Almaniyanın Potsdam şəhərində alman dramaturqu Markus Mislin tərəfindən mürtəd Salman Rüşdünün bədnam «Şeytan ayələri» romanının materialları əsasında hazırlanmış pyesin premyerası keçirilmişdir.
Bildirildiyinə görə, bu münasibətlə tamaşanın qoyulduğu Hans-Otto teatrında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülmüşdü. Tamaşanın nümayişindən sonra Almaniyanın Müsəlman Şurasının prezidenti Əli Qızılqaya bildirmişdir ki, müsəlmanların bu təşkilatı Potsdamda qoyulmuş tamaşaya görə rəsmi etiraz bildirmişdir. (Svoboda.news)
|
Категория: Dünyada |
Просмотров: 1299 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|