Главная » 2008 » Aprel » 15 » EDEBLENDİRME
|
Başqasının yataq yerində görünən bir kişini Əli (ə.s)-ın yanına gətirdilər. Həzrət göstəriş verdi ki, onu ğaitlə aludə etsinlər.[«Mən la yəhzur», «Hüdud» kitabı, «ma yəcibu bihit-tə`zir» babı, hədis-28]
Hüseyn ibni Xalid deyir. Əli (ə.s)-dan soruşdum: – Möhsinə zinaya mürtəkib olan və daş-qalaq edilən zaman qaçan bir şəxs yenidən qaytarılmalıdırmı?
Həzrət buyurdu: – Bir halda qaytarılır, digər hallarda isə yox. Əgər onu, öz iqrarı nəticəsində cəzalandırırlarsa (qaçdığı zaman) qaytarmırlar; əgər dəlil-sübut əsasında cəzalandırırlarsa və özü də inkar edirmişsə, onu qaytarıb kamil hədd icra etməlidirlər.
Sonra buyurdu: – Bu təfsilatı Peyğəmbəri Əkrəm (s.ə.v.v.) buyurmuşdur. Maiz ibni Malik o həzrətin yanına gəlib zina etdiyini e`tiraf etdi və hədd vurulan zaman qaçdı. Zübeyr ibni Əvam dəvənin bud sümüyünü ona tərəf ataraq onu yerə sərdi. Camaat onun üstünə tökülüb döyə-döyə öldürdülər. Sonra bu hadisəni Peyğəmbər (s.ə.v.v.)-ə dedilər. Həzrət buyurdu: «Nə üçün Maizi (qaçdığı zaman) boşlamadınız?! Çünki o, günahını özü e`tiraf etmişdi. Bu halda qaçarsa, azad olunur. (Sonra buyurdu:) Əgər Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız.»
Sonra Maizin qan bahasını beytül-maldan onun qəyyumlarına verdi.[«Fürui-Kafi», «Hüdud» kitabı, «Sifətur-rəcm» babı, hədis-5]
Ayətullah Məhəmmədtəqi Tustərinin "HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ" kitabından götürülmüşdür
|
Категория: DİNİ DƏRSLƏR |
Просмотров: 1157 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|