Главная » 2008 » Aprel » 17 » Narkotik Maddeler mekteblere yeriyib
08:35 Narkotik Maddeler mekteblere yeriyib |
Azərbaycanda narkotik maddələrdən istifadə halları ilə bağlı vəziyyət gəncləşməyə doğru gedir. 14-18 yaş qrupundan olan şəxslər daha riskli qruplar hesab edilir. Bunu “Olaylar”a SKAD Regional Yardım Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev bildirib. M.Əfəndiyevin sözlərinə görə, narkomaniya orta məktəblərə yeriməkdədir ki, bu da ən böyük problemdir:"Bu problemi aradan qaldırmaq üçün orta məktəblərdə mükəmməl maarifləndirmə işləri həyata keçirməyə çalışırıq. Doğrudur, bizdə hansı məktəblərdə bu kimi halların olması ilə bağlı konkret fakt yoxdur. Amma orta məktəblərdə narkotiklərdən istifadə, yayılması hallarının olması ilə bağlı kifayət qədər çoxlu məlumatlar var. Bu da çox təhlükəli bir haldır". M.Əfəndiyev sözügedən problemin qarşısının alınması üçün Təhsil Nazirliyi ilə bir sıra layihələrin həyata keçiriləcəyini vurğulayıb./azadlıq qəzeti/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1399 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|