Cüme, 26.04.2024, 21:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 28 » İsrail 1 Ana ve 4 Uşağını Qetl etdi... Ailenin nahar etdiyi vaxtda...
    17:33
    İsrail 1 Ana ve 4 Uşağını Qetl etdi... Ailenin nahar etdiyi vaxtda...
    İsrail bir ana və 4 uşağını şəhid etdi
    İsrail tankları, Qəzzə Şeridinin şimalında hədəf aldıqları bir evdə bir ana və 4 uşağının aralarında olduğu 7 adamı öldürdü.
    "Media-Islam"ın "Tevhid Haber"e istinadlı məlumatına görə, bazar ertəsi İsrail ordusunun, bu gün Qəzzəyə təşkil etdiyi hücumda 7 Fələstinli şəhid oldu. İsrail əsgərlərinin səhər Qəzzə Şeridinin şimalında tanklarla girdiyi Beyt Hanun bölgəsindəki hücumda, vurulan bir evdə ana və 4 kiçik uşağının da aralarında olduğu 7 adam həyatını itirdi, 13 adamın da yaralandığı bildirildi.

    Ədəb şahidlərinin verdiyi məlumata görə, tanklar və buldozerlərlə dəstəklənilən İsrail əsgərləri, saat 05.30 sıralarında bölgəyə girdi. Tankların Beyt Hanun sərhədə ən yaxın mövqedəki Şeyx Səid bölgəsindəki mənzillərin arxasında mevzilendiği sırada, mənzillərin yaxınındakı Məhəmməd Əbu Matik ailəsinə aid ev vuruldu.

    Ədəb şahidlərinin bəziləri, evə pilotsuz təyyarələrdən 2 mərmi atıldığını, bəziləri isə tankların atəş açdığını ifadə edərkən, ailənin nahar etdiyi sırada meydana gələn bombalamada, evdəki 1, 3 və digər ikisi 6 yaşında 4 qardaş ilə anaları hücumda öldü. Digər 2 uşağın da ağır yaralı olaraq xəstəxanaya gətirildiyi bildirildi.

    Beyt Hanunda, səhər tankların girdiyi sahədə İslami Cihadın Saraya Əl Qüds müqavimətçiləri ilə qarşıdurmalar olduğu, İslami Cihadın ən az bir üzvünün qarşıdurmada öldüyü, 7-sinin də yaralı olduğu ifadə olundu.

    Fələstinli qaynaqlar ölü sayını 7 olaraq verərkən, bölgədən sağlam xəbər alına bilməməsi səbəbiylə ölən digər adamın kim olduğu mövzusunda hələ məlumat alına bilmədi.
    Media-Islam.Com-a istinad vacibdir


    Категория: Dünyada | Просмотров: 1198 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər