Bazar, 24.11.2024, 01:15
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 29 » BAKIDA TEST OYUNU
    16:45
    BAKIDA TEST OYUNU
     
    Yeni Müsavatın verdiyi xəbərə görə:
    Aprelin 27-də Bakı və Sumqayıt da, eləcə də bir sıra rayonlarda orta məktəblərin 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş sınaq imtahanlarının üçüncü mərhələsi keçirilib. Qeyd edək ki, 11-ci sinfi bitirən şagirdlərin attestat alıb-almaması məhz bu testlərin nəticələrindən asılı olacaq. Əldə etdiyimiz məlumata görə, test keçirilən gün ayrı-ayrı məktəblərdə işbazlar tərəfindən şagirdlərə bir ədədi 50 manata olan test cavabları satılıb. (Deyilənə görə, əvvəlcə bu qiymət 100 manat olub.) Məlumatda o da bildirilir ki, imtahan verən şagirdlərin böyük əksəriyyəti həmin cavab testlərini alıb və onları blanka köçürüblər. Sonradan məlum olub ki, həmin cavabların hamısı saxtadır. Paytaxtda imtahan keçirilən bütün məktəblərdə şagirdlərə satılan test cavablarının hamısı bir-birinin oxşarıdır.
    Redaksiyamıza daxil olan digər bir məlumata görə, Yasamal rayonunda da saxta test cavabları satılıb. Bu cavabların bir nüsxəsinin qiyməti 60 manat olub. Cavablar hamısı bir mənbədən hazırlanıb. Bununla bağlı iki versiya irəli sürülür. Birincisi, bunun şagirdlərin və yaxud da məktəblərin nə dərəcədə saxtakarlıq edib etmədiyini ümumi şəkildə müəyyənləşdirmək üçün məqsədli şəkildə edildiyi güman olunur. İkinci versiya isə ondan ibarətdir ki, bu Təhsil Nazirliyinə qarşı qəsd də ola bilər. İstənilən halda, baş verənlər test sınaq imtahanlarının iflası deməkdir.
    Məsələyə aydınlıq gətirmək məqsədilə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə əlaqə saxladıq. B.Hüseynzadə bildirdi ki, Təhsil Nazirliyi hələ cavabları hazırlamamış nazirliyə müxtəlif şəxslər tərəfindən imtahanların saxta cavablarının hazırlanması barədə məlumat daxil olub: “Təhsil Nazirliyi təhlükəsizlik və köçürmənin qarşısını almaq baxımından imtahanların başlamasına bir gün qalmış, ayın 26-da test cavablarını çap edib. Ancaq indi belə çıxır ki, hətta biz cavabı hazırlamamış müxtəlif şəxslər şagirdlərə saxta cavablar satıblar. Belə hallar çox ola bilər. Ancaq hansısa şagirdlər və valideynlər belə saxtakarlığa gedirsə, bütün hallarda məsuliyyət onların üzərinə düşür”.
    B.Hüseynzadə onu da qeyd etdi ki, Təhsil Nazirliyinin sınaq imtahanları keçirməkdə məqsədi hansısa şagirdə attestat verməmək, hansısa məktəbə problem yaratmaq deyil, sadəcə, şagirdlərin bilik səviyyələrini yoxlamaqdır: “Bizim məqsədimiz hələlik sınaqdır. Obyektiv olaraq şagirdlərin biliyi barədə dəqiq məlumat toplamaqdır. Həmçinin onların biliyinin düzgün qiymətləndirilməsidir. Bu baxımdan ola bilsin, hansısa insanlar qazanc əldə etmək üçün belə üsullara əl atsın. Bu, bir dələduzluqdur. Sadəcə, bütün insanlar bilməlidir ki, bu dəfə nazirlik cavabların məktəblərə verilməsi məsələsində məxfiliyi qoruya bilib. Bu dəfə biz daha etibarlı, daha gücləndirilmiş nəzarət mexanizmləri ilə işlədik. Bundan sonrakı imtahanlarda da heç bir valideyn, heç bir məktəbli digər satılan variantlara inanmamalıdır. Təhsil Nazirliyi tərəfindən hazırlanmış test cavabları həmin imtahan günü çap olunur”.


    Yeni Müsavat
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1366 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər