Cüme axşamı, 28.03.2024, 19:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » YUXARI SİNİFLİ ALMANLARIN 20%-i İSLAMA QARŞI DÜŞMeN eHVAL-RUHİYYeSİNDeDİR
    15:34
    YUXARI SİNİFLİ ALMANLARIN 20%-i İSLAMA QARŞI DÜŞMeN eHVAL-RUHİYYeSİNDeDİR
    Doqquzuncu sinifdə oxuyan hər üç nəfərdən biri hesab edir ki, Almaniyada çox sayda xarici vətəndaş yaşayır



        Yeniyetmələrin hər 13 nəfərdən biri bir dəfə də olsa, ksenofob cərəyanında hüquq pozulmasına səbəb olmuşdur. Alman yeniyetmələri arasında xarici vətəndaşlara münasibətdə mənfi rəy yayılmışdır. Doqquzuncu sinifdə oxuyan hər beş nəfər alman şagidindən biri İslama qarşı düşmən əhval-ruhiyyəsindədir. Bu təxmini nəticələri, Daxili İşlər Nazirliyinin konfransında, "Cavanlar arasında cinayət" təhqiqatının müəllifləri bildirmişlər – deyə İslam.ru xəbər verir.

        Tədqiqatın əsasında 2007-ci ildə Daxili işlər üzrə Federal Nazirliyin, Aşağı Saksoniyanın Kriminal Tədqiqat institutu ilə birgə keçirdiyi şagirdlər arasındakı sorğu dayanırdı. Almaniya Məlumat Agentliyinin verdiyi məlumata görə, yeniyetmələrin hər 13 nəfərdən biri ksenofob cərəyanında hüquq pozguntusuna yol verirlər – məsələn, ictimai yerlərdə svastika təsvirlərini göstərmək və ya xarici vətəndaşların mallarına qəsd etmək kimi. Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu yaşlarda olan yeniyetmələr kənar təsirə xüsusilə güclü məruz qalırlar.

        Bu tədqiqatda Almaniyanın müxtəlif zonalarında yaşayan müxtəlif mənşəli 50 min doqquzuncu sinif şagidləri iştirak etmişlər. Aşağı Saksoniyanın Kriminal Təhqiqat institutunun işçi qrupu, Daxili İşlər Nazirliyinə alman yeniyetmələr arasında ksenofob əhval-ruhiyyəsinin səbəblərini aydınlaşdıran daha bir sorğu keçirməyi tövsiyə edirlər.
    Категория: Dünyada | Просмотров: 1153 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər