Главная » 2008 » Aprel » 30 » NORVEÇ İŞĞAL OLUNMUŞ TORPAQLARIN BERPASI ÜÇÜN AZERBAYCANA KÖMEK EDECEK
15:39 NORVEÇ İŞĞAL OLUNMUŞ TORPAQLARIN BERPASI ÜÇÜN AZERBAYCANA KÖMEK EDECEK |
Yonas Qar Stere: “Bu münaqişə həqiqətən faciədir"
Norveçin xarici işlər naziri Yonas Qar Stere Azərbaycana rəsmi səfərə gəlib. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə qonağa Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Norvecli nazir ölkəsinin münaqişənin həllindən sonra ermənilər tərəfindən işğal olunmuş torpaqların bərpa olunmasında Azərbaycana kömək etməyə hazır olduğunu bəyan edib. "Bu münaqişə həqiqətən faciədir. Həddindən çox insanlar bu münaqişədə öz həyatlarını itiriblər, öz evlərindən didərgin düşüblər. Noveçin mövqeyi tamamilə aydındır, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və dəstəkləyirik. Uzun müddətdir davam edən münaqişədə biz Minsk qrupunun mövqeyini dəstəkləyirik. Münaqişənin həllində onların rolunu qiymətləndiririk. Biz eyni zamanda onu da başa düşürük ki, buna sadəcə münaqişə şəklində baxmamalıyıq. Onun həllində yardımçı olmalıyıq."-deyə Yonas Qar Stere qeyd edib./ANS TV/
|
Категория: Dünyada |
Просмотров: 1450 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|