Главная » 2008 » Aprel » 30 » BARAK obama YEniden ermeni SOYQIRIMINI tesdiqleyidini dedi
15:43 BARAK obama YEniden ermeni SOYQIRIMINI tesdiqleyidini dedi |
BARAK OBAMA ERMƏNİ İDDİALARINA DƏSTƏK VERDİYİNİ BİR DAHA QEYD EDİB
Prezidentliyə namizəd ABŞ-ı erməni iddialarını rəsmi olaraq tanımağa çağırıb
ABŞ Demokrat partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan iki nəfərdən biri, senator Barak Obama qondarma erməni soyqırımı ilə bağlı çıxışında erməni iddialarına dəstək verdiyini bir daha qeyd edib. Obama açıqlamasında ABŞ-ı erməni iddialarını rəsmi olaraq tanımağa çağırıb. “Türkiyənin də bunu tanıması üçün Amerika Erməni Toplumunun etdiyi çağırışı dəstəkləməkdə davam edirəm “, deyə Obama qeyd edib. Barak Obama ABŞ-ın məsələylə bağlı rəsmi mövqeyindən narahatlığını ABŞ dövlət katibi Kondoliza Raysa çatdırdığını bildirib. Digər iddialı demokrat namizəd, senator Hillari Klinton və Respublika partiyasından prezidentliyə namizəd senator Con Makkeyn isə qondarma soyqırımla bağlı açıqlama verməyiblər. Xatırladaq ki, Obama yanvar ayının sonunda etdiyi açıqlamasında prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını rəsmən tanıyacağını bildirmişdi. Onun ardı ilə Hillari Klinton da oxşar bəyanatla çıxış etmişdi. WWW.birlik-az.org
|
Категория: Dünyada |
Просмотров: 1178 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|