Cüme, 26.04.2024, 12:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » İran, 45 ölkeden iştirakçının iştirak etdiyi 21. Beynelxalq İslami Vehdet konfransına ev sahibliyi edir
    17:24
    İran, 45 ölkeden iştirakçının iştirak etdiyi 21. Beynelxalq İslami Vehdet konfransına ev sahibliyi edir
    İran İslam Respublikası İslami Təriqətləri Yaxınlaşdırma Təşkilatı Ümumi Katibi Ayətullah Məhəmməd Əli Tashiri Tehranın 45 ölkədən 850 nəfər düşünür və elm adamının iştirak edəcəyi 21.-ci Beynəlxalq İslami Vəhdət Konfransına ev sahibliyi edəcəyini söylədi.

    "Media-Islam"ın İRNA (irna.ir) saytına istinadlı xəbərinə görə:
    Ayetullah Tashiri, konfransın gələn həftə başlayacağını, Ümid etməyin, Fransa, Ərəbistan, Suriya, Tunis, Livan, Sudan, Misir, Küveyt, Fas, ABŞ, Pakistan, Hindistan, Tayland, İsveç, Azərbaycan Respublikası, İngiltərə, Danimarka, İordaniya, Malaziya, İndoneziya, Cəzair, Tatarıstan, Qatar, İraq, Türkiyə, Qambiya, Əfqanıstan, Özbəkistan, Almaniya və Birləşmiş Ərəb Əmrliyindən qonaqların konfransa qatılacağını ifadə etdi.

    Ayetullah Tashiri, konfransa 100 məqalə göndərildiyini və bunların arasından 70 məqalənin seçilərək oxunacağını xatırladaraq, bu konfransın məqsədinin İslam dünyasında birlik və həmrəylik yaradılması, düşünür və elm adamlarının bir araya gəlməsi və müxtəlif sahələrdə görüşlərin bir-birinə yaxınlaşdırılması, Müsəlmanların problemlərinin həll yollarının axtarılması olduğunu vurğuladı.

    Ayetullah Tashiri, İslam dünyasında İslami Vəhdətin gücləndirilməsi, əqidəvi, fiqhi və mədəni sahələrin araşdırılması, vəhdətin önündəki maneə və problemlərin qaldırılması, vəhdət mədəniyyətinin yayılması istiqamətində İslami təbliğin təşkil edilməsi, düşmənlərin mənfi təbliğatları qarşısında sərgilənəcək tutumlar kimi mövzuların konfransda ələ alınacağını ifadə etdi.

    Ayetullah Tashiri, konfransın yanında konfrans üçün İslami Təriqətləri Yaxınlaşdırma Təşkilatının hazırladığı 15 kitab və jurnalın sərgilənəcəyini xəbər verdi.
    Media-Islam.Com-a istinad vacibdir!



    Категория: Dünyada | Просмотров: 1288 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər