Çerşenbe axşamı, 03.12.2024, 20:36
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 2 » Naxçıvanda tibb bacılarını kütlevi şekilde işden çıxarırlar
    15:16
    Naxçıvanda tibb bacılarını kütlevi şekilde işden çıxarırlar
     
    Naxçıvan Muxtar Respublikasında 750-yə yaxın tibb bacısı işdən çıxarılır. Buna səbəb kimi onların "Tekis" və "Gənc təbib" tibb müəssisələrini bitirmələri haqda diplomlarının etibarsız sayılmasıdır.
    Qeyd edək ki, bu tibb məktəbləri 1991-2002-ci illərdə Naxçıvanda fəaliyyət göstərib, lakin 2003-cü ildə bağlanıb.
    "Turan"ın regional müxbirinə Naxçıvan DİN-in araşdırmalar və istintaq şöbəsindən verilən məlumata görə, Muxtar Respublikanın DİN və MTN-in birgə araşdırması adı çəkilən tibb müəssisələrinin "fəaliyyətinin qanuni olmadığını" aşkara çıxarıb. Bu müəssisələrin rəhbərləri Nəriman Əliyev və Zöhrab Cəfərov barəsində "qanunvericilikdə nəzərdə tutulan tədbirlər" həyata keçirilir.
    Bu arada, tibb bacılarının kütləvi şəkildə işdən azad edilməsi Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində ciddi kadr çatışmazlığı yaradacaq. Bundan başqa, bu, öhdəliyində azyaşlı uşaqlar olan yüzlərlə insanı minimum gəlirdən məhrum edərək, sosial problemlərə səbəb olacaq.
    Bu gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində bu problemlə bağlı xüsusi iclas keçiriləcək.
    Azərbaycan Səhiyyə Nazirliyindən "Turan"a verilən məlumata görə, bu məsələ ilə bağlı məlumatları yoxdur.
    ANSPRESS
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1239 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər