Главная » 2008 » May » 4 » “AL-CEZİRE” EMEKDAŞI QUANTANAMODAN BURAXILIB
11:51 “AL-CEZİRE” EMEKDAŞI QUANTANAMODAN BURAXILIB |
“Əl-Qaidə”yə pul ötürməkdə ittiham olunan Sami əl-Həcc 6 ildir həbsdə saxlanılırdı
“Əl-Cəzirə” telekanalının vaxtilə Azərbaycana gəlib-gedən əməkdaşı Sami Əl-Həcc 6 illik həbsdən sonra Quantanamo həbsxanasından buraxılıb. Sudan vətəndaşı olan Əl-Həcc “Əl-Qaidə” terror təşkilatına üzv olmaqda və bu təşkilata maliyyə ötürməkdə ittiham olunurdu. O, Əfqanıstanla Pakistanın sərhədində Amerika hərbçiləri tərəfindən həbs edilib, əvvəlcə Əfqanıstanın Bəhram aviabazasındakı Amerika həbsxanasında saxlanılıb, daha sonra Quantanamoya aparılıb.
Telekanalın yaydığı məlumata görə, Əl-Həcc Amerika hərbi hava qüvvələrinə məxsus təyyarədə Sudana gətirilib, oradan isə ailə üzvləri ilə görüşdükdən sonra dərhal xəstəxanaya yerləşdirilib. ABŞ-ın Hartumdakı səfirliyi bildirib ki, Əl-Həccin barəsində qaldırılmış ittihamların Sudan polisi tərəfindən araşdırılması haqda razılaşma əldə edilib. Lakin Sudan hökuməti “Əl-Cəzirə” əməkdaşının azad olduğunu və onun həbsindən söhbət getməyəcəyini bildirib. Əl-Həcc ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bildirir ki, həbsxanada ona işgəncə veriblər. Bir sıra beynəlxalq insan haqları və jurnalist təşkilatları Əl-Həccin Quantanamoda saxlanmasından narahatlıq ifadə etmişdilər. /YENİ MÜSAVAT/
|
Категория: Dünyada |
Просмотров: 1169 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|