Главная » 2008 » May » 4 » İRAN İSRAİLİN BMT-den ÇIXARILMASINI TELEB ETDİ
17:44 İRAN İSRAİLİN BMT-den ÇIXARILMASINI TELEB ETDİ |
İslam.ru xəbər verir ki, İranın Xarici İşlər Naziri, BMT-nin baş katibinə yazdığı açıq məktubda, Qəzza Sektorunda fələstinlilərə qarşı hərbi əməliyyatlar keçirdiyinə görə, İsrailin bu təşkilatın üzvü olmasının mümkünsüz olduğunu bildirib
İranın xarici işlər naziri Mənuçöhr Mötəqqi, BMT-nin baş katibi Pan Gi Muna göndərdiyi müraciətdə, bu beynəlxalq təşkilatın İsrailin törətdiyi cinayətlərə necə laqeyd münasibət bəsləməsinə təəcüb etdiyini bildirmişdir.
«Fələstin xalqını boğan vəhşi blokadanı yaradan və mütəşəkkil dövlət terorizmi ilə məşğul olan bu faşist rejimi hələ də BMT-nin üzvlüyündə qalır. Siz yaxşı bilirsiniz, İsrail yeganə dövlətdir ki, BMT tərkibinə şərtlə qəbul olunub və öz üzərinə götürdüyü heç bir öhdəçiliyi yerinə yetirməyib», - deyə M.Mötəqqi öz müraciətində vurğulayır.
Yada salaq ki, 10 ay davam edən blokada nəticəsində Qaza əhalisi ciddi surətdə ərzaq, tibbi ləvazimat, yanacaq qıtlığı hiss edir. Qəzzadan müalicə məqsədilə kənara çıxa bilməmək ucbatından 150 nəfər fələstinli isə həyatını itirmişdir.
FƏRƏC HƏSƏNLİ “Deyerler” AİN (www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1234 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|