Главная » 2008 » May » 4 » DÜYÜNÜN QİYMETİ DAHA DA ARTACAQ
17:58 DÜYÜNÜN QİYMETİ DAHA DA ARTACAQ |
Ölkəyə düyü gətirənlər qeyd edirlər ki, xaricdə düyünün qiyməti 2 dəfəyə qədər qalxıb.
Ölkəyə gətirilən düyünün 18 faizlik əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad edilməsi qiymətlərdə təsirini göstərməlidir. Bu işlə məşğul olanlar bildirirlər ki, son vaxtlar düyü və şəkərin bahalaşmasının əsas səbəbi dünyada bu məhsullara tələbatın artmasıdır. Bahalaşma nəticəsində yerli şəkər istehsalçıları buraxdıqları malların qiymətlərini bir qədər qaldırıb.
Dünyada şəkər və düyünün qiymətinin artması Azərbaycanda bu məhsulların istehsalını bahalaşdırıb. Ölkənin əsas şəkər istehsalçıları qeyd edirlər ki, şəkərin bahalaşması dünyada neftin qiymətləri ilə bağlıdır. Neft bahalaşandan şəkər çuğundurundan bioyanacaq alınmasına maraq artıb. Yerli şəkər istehsalçıları da məhsularını bahalaşdırıblar.
Amma iş adamları bildirirlər ki, ilin sonuna qədər şəkərin ciddi bahalaşması gözlənilmir. Çünki şəkər çuğundurunun istehsalı 60 faiz arta bilər. Əvəzində düyünün qiyməti ilin sonuna qədər 10 faiz arta bilər. Ölkəyə düyü gətirənlər qeyd edirlər ki, xaricdə düyünün qiyməti 2 dəfəyə qədər qalxıb. İndi düyünün kiloqramı 1 manat 20 qəpikdən aşağı deyil.
Hökumətdə də hesab edirlər ki, Azərbaycanda şəkər və düyünün bahalaşması dünya bazarındakı vəziyyətlə bağlıdır. Dünyada bu məhsulların bahalaşandan Azərbaycanda da həmin malların qiyməti qalxıb.
ANS TV
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 2229 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|