Şenbe, 21.12.2024, 19:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 7 » 2050-ci İLDe MÜSeLMANLAR AVROPA eHALİSİNİN YARISINI TeŞKİL EDeCeKLeR
    16:04
    2050-ci İLDe MÜSeLMANLAR AVROPA eHALİSİNİN YARISINI TeŞKİL EDeCeKLeR
     
    İslam news xəbər verir ki, AŞPA-nın növbəti sessiyasında oxunan, "Avropalı müsəlman icması, ekstremizm qarşısında" məruzəsinin müəllifləri belə nəticəyə gəlmişlər ki, bu əsrin ortaları üçün Avropa əhalisinin yarısını müsəlmanlar təşkil edəcəklər.

         Axır illərin hadisələri, avropalıları bu məsələ haqqında fikirləşməyə vadar etmişdir. AŞPA-nın məruzəçilərinin fikrinə görə, təhlükəsizlik qorxusunu Avropa hökumətləri özü yaradır və atdıqları müəyyən addımlarla ekstremizm üçün münbit zəmin yaradır. Müsəlmanların "Avropa ailələrinə" daxil olmasının kifayət dərəcədə olmaması, onların dini haqlarını məhdudlaşdırılması, islamafobiya və islam icmasının yoxsulluğu – bunlar həmin amillədir ki, dini zəmində spekulyasiyalara rəvac vermiş olur və hər cinahdan olan ekstremistlərin əl-qolunu açır. Bu hallarla mübarizə etmək – Avropa dövlətlərinin bilavasitə vəzifəsidir və müsəlmanların Avropa cəmiyyətinə inteqrasiyasının yubadılması dövlətlərin təqsiri üzündən baş verir.


         Məruzədə növbəti dəfə problemlərin bir neçə üsulla həll olunması yolları sadalanır: islamafobiya ilə mübarizə, xarici maliyyə təşkilatının şəffaf işləməsinin təmini, yerlərdə imamların hazırlanmasının təşkili, müsəlmanların ictimai həyata cəlb olunması və elitar islam ziyalılarının formalaşması kimi təxirəsalınmaz tədbirlər.

         Bu arada Türkiyə Parlamentində gedən müzakirələrdə bildirilmişdir ki, avropalılar bir çox hallarda, Həzrət Peyğəmbəri (s) təhqir etmək və antiislam roliki kimi provokasiyalar yaradaraq, müsəlmanlara qarşı münasibətdə özləri gərginlik yaradırlar. Bundan başqa deputatlar xatırlatdılar ki, Avropada islamafobiya 11 sentyabrdan qabaq başlamışdır. Türkiyə Parlamentinin fikrinə görə, "avropalılar heç özlərinə hesabat vermirlər ki, İslam, ekstremizmi bəsləməyən bir dindir".

        RUQƏYYƏ MƏTİNLİ
    Категория: Dünyada | Просмотров: 1269 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər