Şenbe, 20.04.2024, 10:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 14 » Reştdeki Rusiya konsulluğuna yönelmiş terrorun qarşısı alınıb
    19:43
    Reştdeki Rusiya konsulluğuna yönelmiş terrorun qarşısı alınıb
    İran xüsusi xidmət orqanlarının məlumatına görə, terrorçular İran və Rusiya münasibətlərinə xələl gətirmək üçün konsulluğu partlatmaq istəyiblər

    İran xüsusi xidmət orqanları Rusiya konsulluğuna yönəlmiş terror aktının qarşısının alındığını bəyan edib. Məlumatı Reuters agentliyi İran kəşfiyyatının rəhbəri Qulamhüseyn Möhseni-Əcəyiyə istinadən yayıb.
    «RİA Novosti» agentliyinin məlumatına görə, söhbət İranın Gilan əyalətindəki Rəşt şəhərində yerləşən Rusiya konsulluğundan gedir. Qulamhüseyn Möhseni-Əcəyi bildirib ki, terrorçular İran və Rusiya münasibətlərinə xələl gətirmək üçün konsulluğu partlatmaq istəyiblər.
    İran kəşfiyyatının rəhbəri əlavə edib ki, terror aktını Şiraz məscidində partlayış törətmiş qruplaşma həyata keçirməliymiş. Xatırladaq ki, həmin partlayış zamanı 14 nəfər ölüb, 200-dən artıq adam isə xəsarət almışdı. İlkin olaraq, polis bildirmişdi ki, hadisəyə İran-İraq müharibəsinə həsr olunmuş sərgidən sonra qalan sursatların partlaması səbəb olub. Lakin sonradan xüsusi zidmət orqanları partlayışla əlaqəsi olan bir neçə nəfərin saxlanıldığını və onların ABŞ və Böyük Britaniya da daxil olmaqla bir neçə Qərb ölkəsi tərəfindən maliyyələşdirilən terror qruplaşmasına aid olduqlarını bəyan etdi. O vaxt yayılan məlumatda deyilir ki, saxlanılan şəxslər İranı tərk etmək və daha bir neçə partlayış törətməyə hazırlaşıblar. Qulamhüseyn Möhseni-Əcəyi bildirib ki, 15 nəfər İran vətəndaşı saxlanılıb. İran hakimiyyətinin terrorun törədilməsinə aidiyyatı olan ölkələrlə bağlı məhkəməyə müraciət edəcəyi də istisna olunmur. /ANSPRESS/


    Категория: Dünyada | Просмотров: 1154 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər