Главная » 2008 » May » 24 » Çinde nüve radiasiya menbelerinden zeherli maddeler sızıb
11:57 Çinde nüve radiasiya menbelerinden zeherli maddeler sızıb |
Çin rəsmiləri zəlzələ nəticəsində 50 radiasiya mənbəsinin dağıntılar altında qaldığını və onlardan yalnız 15-ni qoruya bildiklərini qeyd edirlər
Çində baş vermiş yeraltı təkənlardan sonra dağıntılar altında qalmış 50 nüvə radiasiya mənbəsi hələ də keçilməz olaraq qalır. Çin rəsmilərinin sözlərinə əsasən, hökumət təbii fəlakət baş verən ərazilərdə ətraf mühitə dəyə biləcək hər hansı ziyanın qarşısının alınması üçün ciddi tədbirlər görür.
Çinin ətraf mühitin qorunması üzrə naziri Vu Xiaoqinq nüvə radiasiya mənbələrindən ətraf mühitə hələ heç bir sızmanın olmadığını deyib. Nazir daha sonra baş vermiş zəlzələ nəticəsində 50 radiasiya mənbəsinin dağıntılar altında qaldığını və onlardan yalnız 15-ni qoruya bildiklərini deyib. Lakin o, sözügedən radiasiya mənbələri haqqında səciyyəvi məlumatlar verməkdən boyun qaçırıb.
Qeyd edək ki, baş vermiş zəlzələ nəticəsində burada olan fabriklər, kimyəvi zavodlar və digər sənaye obyektləri tamailə dağıntılar altında qalıb. Yerli mətbuatın məlumatına əsasən isə ərazidə yerləşən kimyəvi zavodların birinin uçması nəticəsində yüzlərlə insan dağıntılar altında qalıb və havaya 80 ton zəhərli maddələr sızıb. /ANS TV/
|
Категория: Dünyada |
Просмотров: 1596 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|