Cüme axşamı, 18.04.2024, 11:12
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 2 » MÜSeLMAN KOSMONAVT MÜKAFAT ALIB
    12:07
    MÜSeLMAN KOSMONAVT MÜKAFAT ALIB
     
    İslam.ru xəbər verir ki, Cənubi Kaliforniyanın İslam şurası Malaziya kosmonavtı Müzəffər Şukoranı İslamın qabağa getməsindəki fəaliyyətlərinə görə dünya mükafatı ilə mükafatlandırılmışdır.

    Şuranın direktoru deyir ki, Müzəffər bu mükafata ona görə layiq görülüb ki, o, Beynəlxalq kosmik stansiyanın bortunda belə dini vacibatların əməl olunmasının mühümlüyünü qeyd etmişdir. «Kosmonavt kimi o, başqa mütəxəsislərdən peşəkarlıqda geri qalmayaraq, onlarla yan-yana işləyir və müsəlman kimi öz vəzifələrini də yaddan çıxartmırdı», - doktor Şəkil Sied deyir. «Biz iftixar edirik ki, o, İslamın 21 əsrdəki elçisi olaraq, başqa müsəlmanlara nümunə oldu»,- 250 məscidi və təxminən 1 milyon müsəlmanın yaşadığı Kaliforniyanın müsəlman təşkilatlarını birləşdirən şuranın direktoru qeyd etdi.

    Şura həmçinin Müzəffərin ABŞ-a səfəri zamanı başqa kosmonavtlarla görüşünü təşkil etmiş və Pasadendə yerləşən Milli aerokosmik agentliyinin tərkibində olan raket mühərrikləri labaratoriyasına da getmişdir.

    Doqquzuncu müsəlman kosmonavt doktor Müzəffər bildirmişdir ki, onun özü üçün müəyyən etdiyi dini vəzifəsi, ölkəsinin kosmik proqramının irəliləməsi və 2020-ci ildə buraxılması nəzərdə tutlan ilk Malaziya kosmik gəmisinin yaradılmasında iştirak etməsidir.

    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dünyada | Просмотров: 1047 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər