Главная » 2008 » İyun » 7 » İRAQ İRAN ELAQELERİ YENİDEN YAXŞILAŞIR
16:27 İRAQ İRAN ELAQELERİ YENİDEN YAXŞILAŞIR |
İraqın baş naziri Nuri Əl Maliki, bu həftənin sonu İrana rəsmi bir ziyarət reallaşdıracaq.
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İraq prezidenti Cəlal Təlabani, iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə Nuri Əl Malikinin İrana səfərə gedəcəyini bildirib.
İran televiziyasına müsahibə verən Təlabani, "Malikinin oraya əli dolu olaraq gedəcəyi və əli dolu da oradan dönəcəyi ümidindəyəm" deyib. İraq prezidenti Cəlal Təlabani Səddam Hüseyn rejiminin süqutundan sonra İranın İraqa etdiyi yardımları təqdirə layiq hesab edərək tərifləyib.
İranın İraqla əlaqədar olaraq yaxşı niyyətindən əmin olduğunu önə çəkən İraq prezidenti İrana gələcək olan Nuri Əl Malikinin, İran prezidenti Mahmud Əhmedinejad və dini lider Ayətullah Seyyid Əli Xameneyilə görüşəcəyini açıqlayıb.
www.media-islam.com SAYTINA istinad vacibdir |
Категория: Saytımızdan XƏBƏRLƏR |
Просмотров: 1265 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|