Главная » 2008 » İyun » 12 » TEHSİL NAZİRLİYİ QARŞISINDA AKSİYA
11:10 TEHSİL NAZİRLİYİ QARŞISINDA AKSİYA |
Orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarından narazılıq artır.
Orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarından narazı qalan şagird və valideynlər bu gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Aksiya iştirakçılarının bir qismi cavabların düzgün hesablanmamasından, bir qismi isə apellyasiya şikayətlərinin qəbul edilməməsindən gileylənib. Vaildeynlərin bir çoxu nazirlik tərəfindən qəbul olunan qanunda bəndlərinin düzgün olmadığını iddia edirdi. Vaildeynlərin sözlərinə görə, qanunda birinci bəndində göstərilir ki, sınaq imtahandlarında toplanan ballar, eyni zamanda 10-11-ci siniflərdə aldığı qiymətlərdə yekun imtahandakı qiymətlərə əlavə olunacaq: "Amma keçirilən imtahanlarda sadalananlar heç də öz təsdiqini tapmır".
Təhsil Nazirliyinin qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva isə bildirib ki, imtahanların nəticələri tam obyektiv yoxlanılıb və burada hər hansı bir səhv ola bilməz. O, qeyd edib ki, imtahandan keçməyən şagirdlər 9 illik şəhadətnamələri ilə istədikləri texnikumlara qəbul oluna bilərlər: «Şagirdlərin 11 il oxuması o demək deyil ki, onlar mütəq attestat almalıdır».
Xatırladaq ki, iyunun 6-da orta məktəblərdə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib. Bu imtahanlardan iki alan şagirdə attestat verilmir. İmtahanlanda 20 faiz - 8 mindən çox şagird iki qiyməti alıb. Yerdə qalan 80 faiz isə tam əla qiymətlər olmasa da, imtahandan keçməyə müvəffəq olub.
Orta təhsil məktəblərində verilən buraxılış imtahanlarının nəticələri dünən axşam açıqlanıb. Narazıların şikayətini araşdırmaq üçün Təhsil Nazirliyində apellyasiya komisiyası yaradılıb.
ANSPRESS
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1839 |
Добавил: media-islam
| Рейтинг: 2.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|