BP şirkətinin illik statistik icmalı
Dünya üzrə neft hasilatı və ehtiyatlarının həcmi son 5 il ərzində ilk dəfə azalıb. Bu barədə BP şirkətinin illik statistik icmalında deyilir. Sənədə əsasən, ötən il dünya miqyasında hasil olunan xam neftin həcmi 2006-cı illə müqayisədə 0,2% - sutkada 81,659 milyon barreldən 81,533 milyon barrelədək, təsdiq olunmuş neft ehtiyatlarının həcmi isə 1 239,5 milyard barreldən 1 237,9 milyard barrelədək azalıb.
Hesabatda qeyd olunur ki, dünya üzrə neft istehlakının həcmi 1,1% - sutkada 85,22 milyon barrelədək, o cümlədən Çində 4,1% - 7,85 milyon barrelədək yüksəlib. Amerika Birləşmiş Ştatlarında (ABŞ) neft istehlakı sutkada 20,698 milyon barrel təşkil edib ki, bu da 2006-cı illə müqayisədə 0,1% azdır. /ANS TV/ |