Главная » 2008 » İyun » 13 » VYANA MeSCİDİNİN İMAMI:
13:33 VYANA MeSCİDİNİN İMAMI: |
Vyana məscidinin imamı şeyx Ədnan İbrahim məlumat vermişdir ki, Avsriya partiyasının sağ cinahı və ekstremistlər, islamafobiyanı Avstriyaya sırıyırlar, – islam.ru xəbər verir.
Ədnan İbrahim, Avstriya partiyasının sağ cinahını, anti-müsəlman təbliğat apardıqları üçün onların ünvanına tənqidlər söylədi. O, bəyan etdi ki, iki nəfər müsəlman ifratçı gəncin Avstriya polisi tərəfindən həbs olunmasını islamafobiyanı qızışdırmaq üçün sui-istifadə edirlər. Baxmayaraq ki, polis məlumat vermişdir ki, bu həbsin islam qruplaşması ilə heç bir əlaqəsi yoxdur. Vyananın başqa məscidlərində cümə ibadəti zamanı o, terrorizmi «Avstriyanın və başqa Avropa ölkələrinin müsəlman cəmiyyəti üçün təhlükə» adlandırmışdır.
İbrahim, Avstriyadakı islam və xristianlıq arasındakı dioloqa rəhbərlik edir. Özünün müsahibələrinin birində şeyx bildirmişdir ki, dioloq müsəlmanlar və başqa dinin davamçıları arasında mədəni qarşılıqlı anlaşmaya səbəb olur.
O, həmçinin deyir ki, Vyananın islam cəmiyyəti Avstriya hökuməti və qeyri-hökumət təşkilatları ilə yaxın rabitə qurmuşdur və müsəlmanlar və Avstriya icması arasındakı anlaşılmamazlıqları kifayət qədər müvəffəqiyyətlə aradan qaldırırlar.
Şərq ölkələrindəki xristianlar və yəhudilərin loyallığı ilə Qərbdəki islamafobiyanı müqayisə edərək o, bildirmişdir ki, Şərq ölkələri xristianlarla yəhudilərə ibadət etmək üçün şərait yaratmışdır, ancaq Avropada bu dözümlülük çox nadir hadisədir.
|
Категория: Dünyada |
Просмотров: 1274 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|