Главная » 2008 » İyun » 20 » Hollandiyada polis zabitlerine paylanan Quran tercümesi tehrif edilib
21:14 Hollandiyada polis zabitlerine paylanan Quran tercümesi tehrif edilib |
Son zamanlar İslam və Qurana qarşı aparılan əks təbliğatlar və edilən hörmətsizliklər o qədər çoxalib ki, bu xəbərlərlə tanış olanda adamda bəzi ölkələrin bu istiqamətdə bir-biri ilə yarişa çıxmaları təsəvvürü yaranır. Düzdür, bəzən bu xəbərlərin arasında həmin ölkələrin "ürəkaçan" addımları barədə də məlumatlar yayılır. Amma çox təəssüf ki, sonradan zahirdə sevindirici görünən həmin xəbərlərin İslama qarşı yönəlmiş növbəti addım olması bəlli olur. Həmin "ürəkaçan" xəbərlərdən biri Hollandiyada polis zabitlərinə Quranın holland dilinə tərcüməsinin yarı qiymətinə paylanması idi. Lakin indi məlum olub ki, sən demə holland dilinə tərcümə edilib polis zabitlərinə paylanan və kütləvi satışa çıxarilan "Quran"ın həmin nüsxəsi 115 surədən ibarətdir və müsəlmanların əlindəki Qurandan bəzi xüsusiyyətləırinə görə fərqlənir. Belə ki, marksist təfəkkürə malik Qadir Abdullah adli şəxsin holland dilinə tərcümə etdiyi bu "Quran"da bir çox təhriflərə yol verilib və ona bir surə artırılıb. Qadir Abdullah bu barədə deyib: "Quranda təkrar çoxdur. Təkrar bu kitabın xüsusiyyətlərindəndir. Mən həmin təkrarların bəzilərini çıxarmışam, amma bəzilərini yazmağa məcbur qaldim. Bundan əlavə surələrin çoxuna müqəddimə yazmışam ki, mətləblərin başa düşülməsi asan olsun. Öz nəsrimi əbədiləşdirmək üçün ona 115-ci surəni artırmışam"
O, həmçinin Quranda sərtlik ifadə edən ayələri çıxardığını və mülayimlik barədəki ayələri saxladığını deyib. imamhuseyn.org |
Категория: Dünyada |
Просмотров: 1376 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|