16 maydan 1 iyula qədər keçirdiyimiz sorğuda nəticələr bəlli oldu.
“Ümmətimizin ən böyük problemi nədir?” sorğusunda nəticələr bəlli oldu. İstifadəçilərin çoxu ümmətin problemini dini elmsizlikdə görür. Məhz bu varianta ən çox səs verilib: 45 nəfər (38 %)
Digər çoxluq isə ümmətin problemini əsasən çoxdan bəri davam edən sünnü-şiə ixtilafında görür. Bu varianta səs verənlər 39 nəfərdir. (33 %)
22 nəfər istifadəçi isə (18 %) ümmətin problemini fəsad və əxlaqsızlığın yayılmasında görüb.
4 nəfər (3 %) isə müsəlman ümmətinin problemini Qüdsün işğalında görüb.
İştirakçılardan 7 nəfər (5 %) isə bu suala cavab verməkdə çətinlik çəkib.
Ümidvarıq ki, sorğuda qoyulan əsas 4 variantda olan problemlər və digər problemlər Allahın köməkliyi ilə inşəAllah həll olunacaq!
Allah cəm Mühəmməd (s) ümmətinə yar olsun! AMİN!
|