Sayğac
Onlayn: 1 Qonaq: 1 İsifadeçi: 0
|
Главная » 2008 » İyul » 5 » İRAQDA HELAK OLMUŞ AZERBAYCAN ESGERİNE XİDMET YOLDAŞLARI ATEŞ AÇMIŞLAR?
17:14 İRAQDA HELAK OLMUŞ AZERBAYCAN ESGERİNE XİDMET YOLDAŞLARI ATEŞ AÇMIŞLAR? |
Müdafiə Nazirliyi İraqda baş verənlərin həqiqi səbəblərini və təfsilatını gizlədir.
İraqda həlak olmuş Azərbaycan sülhməramlısının ölümünü şərh edən tanınmış müstəqil hərbi ekspert Üzeyir Cəfərov rus dilində nəşr olunan «Exo» qəzetinə müsahibəsinə bildirmişdir ki, «Növbəti dəfə biz Müdafiə Nazirliyinin ölkə ictimaiyyətinə necə bir hörmətsizlik göstərməsinin şahidi oluruq. Konkret olaraq mən əsgər Ağayevdən danışıram. Müdafiə Nazirliyi İraqda baş verənlərin həqiqi səbəblərini və təfsilatını gizlədir.
İraqın Əl-Xədicə şəhərində dislokasiya olunmuş bizim sülhməramlı kontingentdəki bizim öz mənbələrimizdən mənə bəlli olmuşdur ki, hərbi idarəmiz bilərəkdən məlumatı açıqlamır. Bu da əsgər Rəfael Ağayevin qəribə səbəblər nəticəsində öldürülməsi ilə bağlıdır.
Və Müdafiə Nazirliyi əsgərin ölümü ilə barədə «xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur» ifadəsi ilə yaranmış çətin vəziyyətdən çıxmaq istəyir. Aydındır ki, hərbi xidmətinin bitməsinə 3 gün qalmış əsgər çətin ki, həyatına özünü öldürməklə son qoysun. Burada söhbət Rəfael Ağayeva qarşı həyata keçirilmiş cinayətdən gedir. Bəs konkret olaraq kim tərəfindən edilmiş cinayət? – bax, elə bu suala Müdafiə Nazirliyi aydınlıq gətirməlidir.
Məsələn, mənə xəbər veriblər ki, əsgərə atəşi elə özümüzkülər açıb. Mənə hələlik bunun səbəblərini aydın etmək mümkün olmamışdır. Amma artıq aydındır ki, bu faciə hərbi qulluqçunun öz günahı ucbatından olmamışdır. Terror aktı nəticəsində həlak olma versiyasını mənim mənbələrim təsdiq etmirlər. Əksinə onlar iddia edirlər ki, Rəfael Ağayev öz xidmət yoldaşları tərəfindən güllələnmişdir.
Bəs, niyə Müdafiə Nazirliyi həlak olmanın təfərrüatlarını heç bir şeydən xəbər verməyən dumanlı ifadə altında gizlədir? «Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur» - çox geniş anlamdır. Məsələn, bu anlama – əgər əsgər Ağayev öz postunda olarkən hansısa yaraqlıdan güllə yarası aldığı və yaxud minada partladığı bir vəziyyət daha çox uyğun gələrdi.
Lakin mən, həlak olmuş əsgərin qulluq etdiyi hissədə olan öz mənbələrimin məlumatlarına daha çox etibar edirəm. Hər hansı bir halda, bir və yaxud da ki, bir neçə aydan sonra biz onsuz da bu həqiqəti biləcəyik. Mən indi Müdafiə Nazirliyinə etibar etmirəm və bunun da səbəbləri vardır.
Lakin, mən Rəfael Ağayevin öldürülməsinə imkan vermiş bizim zabitlərin prinsipsizliyinə və «dişsizliyinə» heyran qalmışam. Mən dəfələrlə demişdim ki, «bizim sülhməramlıların başına heç bir iş gələ bilməz» kimi aldadıcı əminliklə kifayətlənmək olmaz. Və artıq faciəvi siyahı başlanmışdır. Və əgər indi R.Ağayevin başına həqiqətən də nə gəldiyinə cavab verilməsə, onda ölkə sərhədlərindən kənarda xidmət edən əsgərlərin valideynləri onların geri qaytarılmasını təkid edəcəklər. Cinayət baş vermişdir və bu fakt üzrə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cinayət işi açılmalıdır. İndi isə vaxt Müdafiə Nazirliyinin xeyrinə işləmir, çünki müxtəlif məlumatlar daxil olur və bu xaricdə olan bizim hərbi kontingentimizin nüfuzuna ziyan vurur». («Exo» qəzeti/«Day.az»)
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1286 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|