Bazar, 24.11.2024, 03:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 8 » Xristianlıq tarixini sarsıda bilecek daş kitabe tapılıb
    22:46
    Xristianlıq tarixini sarsıda bilecek daş kitabe tapılıb
     
     
    Lut gölünün kənarında tapılan daş kitabə özündə dinlər tarixini dəyişdirə biləcək mahiyyətdə yeni məlumatlar ehtiva edir.

    İsa peyğəmbərin anadan olmasından yüz il əvvəl yazıldığı ehtimal olunan daş kitabədə Cəbrayılın dilindən “öldükdən üç gün sonra diriləcək bir məsihdən” bəhs edilir. Əgər tərcümə işi düzgün aparılıbsa, onda kitabədə 2100 il əvvəl yəhudi cəmiyyətində İsa peyğəmbərin Məsih portretinə bənzər bir xilaskarın gözlənildiyi qeyd olunub. Bu tərcümə öz təsdiqini tapacağı təqdirdə xristian teologiyasında iddia edildiyinin əksinə olaraq “əzab çəkən Məsih” anlayışının İsa peyğəmbər ilə başlamadığı sübut edilə bilər.

     “Mən Cəbrayıl sənə əmr edirəm ki, üç gün ərzində yenidən həyata qayıdacaqsan” - deyə kitabədə qiyamət gününün təsviri ilə bağlı Cəbrayılın dilindən bildirilir. Cəbrayılın müraciət etdiyi şəxsin “şahzadələr şahzadəsi” olduğu da kitabənin öyrənilməsi zamanı məlum olub. Maraqlıdır ki, bu ifadə Tövratda da öz əksini tapıb. Bununla kitabədə yəhudilərin lideri olan və üç gün ərzində yenidən diriləcək başqa bir şəxs nəzərdə tutulur. Həmin şəxsin isə İsanın doğulduğu gün ölən yəhudi kralı Herodun komandanlarından olan Simon adlı bir şəxs olduğu iddia edilir.

    /habervitrini/ www.azerimuslims.com

    Категория: Dünyada | Просмотров: 1738 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər