2008-ci ilin yanvar iyun aylar arası Azərbaycanda 73.6 min körpə dünyaya göz açmışdır, bu da orta hesabla günə 404 körpə təşkil edir.
Dövlət Statistika komitəsi bildirmişdir ki, hesabat müddətində hər 1000 nəfərə 17 yeni dünyaya gəlmiş körpə təşkil edir. Eyni zamanda bunlardan 756 ekiz və 12-si üç ekiz uşaq doğulmuşdur. Bunların 6-sı Bakıda qalanları isə Sumqayıt və Sabirabad rayonunda olmuşdur. Oğlanlar arasında ən çox yayılan ad – Əli, Murad, Muhəmməd, Hüseyn və Nihaddır. Qızlarda isə - Fatimə, Nərmin, Zəhra və Nuray adlarıdır. Qeyd edək ki, 2008-ci ilin ilk yarısında Azərbaycan əhalisinin sayı 46.1 min nəfər, yəni 0.5% artaraq 8.676 milyon adam olmuşdur. /apa / |