Bu fotoşəkil gerçək oldu !ABŞın Florida əyalətində 18 yaşında bir gənc 3 metrdən uzun bir timsahla girişdiyi mübarizədən qolunu itirərək çıxdı.
Fox televiziya kanalına bağlı yerli WFLX-TVin bildirdiyinə görə, Kasey Edwards adlı gənc, Okeechobee diyarında suya atlamaq üçün bəhsə girmədən əvvəl yoldaşlarıyla bir neçə stəkan içki içdi.
"Bir şeyin üzərimə bağlandığı hissinə qapıldım, sanki nəhəng bir məngənə məni sıxıştırırdı" deyə başına gələni izah edən Edwards, əlindən gəldiyincə etiraz etdiyini və heyvana mümkün olduğunca sərt şəkildə vurduğunu, çünki timsahın özünə suyun dibinə çəkməyə çalışdığını ifadə etdi.
"Su yüzünə çıxdığımda bir az nəfəs ala bildim, sonra timsah yenidən məni çevirməyə və dibə çəkməyə başladı" deyən Edwards, timsahla 5 dəfə beləsinə boğuşduqdan sonra barmağını heyvanın gözünə soxaraq xilas olmağı bacardı. Qolunu itirdiyini fərqinə varmadan sahilə üzərək çıxan gənc, həmən an xəstəxanaya qaldırıldı. Edwardsın həftə sonu xəstəxanadan çıxmağı gözlənilir.