Bazar, 22.12.2024, 23:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 17 » AZERBAYCAN RESPUBLiKASI
    11:16
    AZERBAYCAN RESPUBLiKASI
     
     
     
     
    Sahəsi - 86,6 min kv.km
        Əhalisi - 8,3 milyon nəfər
        Tərkibinə Naxçıvan Muxtar Respublikası daxildir
        Rəsmi dil - Azərbaycan dili
        Əsas din - İslam
        Paytaxtı - Bakı şəhəri (əhalisi ətrafıyla birlikdə təqr. 3 mln. nəfər)
        Azərbaycan zəngin tarixə malik, ərazisində dünya mədəniyyətinə böyük irs toplamış sivilizasiyanın ən qədim dövlətlərindən biridir. İnsanın ən qədim məskənlərindən biri olan Azıx mağarasının və daş dövrünün əşyalarının kəşvi Azərbaycanın antrapoidlərin yaşadıqları məkana aid olduğunu sübuta yetirir.
        1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Cəmi 23 ay mövcudluğunu sürdürən bu dövlət 1920-ci ilin aprelində Sovet Rusiyasının XI Qızıl Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğradı. Azərbaycan dövlət atributlarına - Konstitusiya, bayraq, himn, gerbə malik sosialist respublikası qismində SSRİ-nin tərkib hissəsinə çevrilir və 1991-ci ilədək SSRİ-nin tərkibində 15 müttəfiq respublikadan birini təşkil edir.
        1991-ci ildə SSRİ-nin dağlıması nəticəsində Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edir. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qəbul edilmişdir.
        Azərbaycan xəritədə çox kiçik yer tutur. Lakin onun ərazisində sözün əsl mənasında nağıla bənzər yerlər mövcuddur. Yay mövsümündə ölkənin bir hissəsində qalın qar örtüyünə rast gəlindiyi halda, digər guşəsində yer günəşin şüaları altında çatlayır.
        Azərbaycanın relyefi də müxtəlifdir. Ərazisinin çox hissəsini dağlar təşkil edir. Sonsuz düzənliklər ilə dağlar bir-birini gözəl şəkildə tamamlayır. Ölkənin ən aşağı hissəsi - Xəzərətrafı düzənlikdir (dəniz səviyyəsindən 28 metr aşağı), ən yüksək nöqtəsi isə Bazardüzü dağıdır (dəniz səviyyəsindən 4.466 metr yuxarı).
        Azərbaycan Respublikasının ərazisi neft, təbii qaz, dəmir, xrom, qurğuşun, kobalt, molibden, polimetallar, alunit və digər faydalı qazıntılarla zəngindir.
        Planetimizdə mövcud olan 11 iqlim növündən Azərbaycanda 9-una rast gəlmək mümkündür. Respublika ərazisində ən aşağı temperatur (-45 dərəcə) dağlarda, ən yüksək isə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda (+45 dərəcə) müşahidə edilir. Cənub-Şərqi Qobustanda il ərzində yağıntıların ən aşağı səviyyəsinə rastlanır - 110 mm-dən az.
        Azərbaycanın ən iri çayları sırasında Kür, Araz, Samur, Alazan, Girdimanı göstərmək olar.
        Azərbaycan kifayət qədər zəngin floraya malikdir. Burada rast gəldiyimiz bitkilər 930 növdə birləşir (cəmi Qafqazda - 1286). Ölkə florasının zənginliyi ərazinin fiziki-coğrafi və təbii-tarixi müxtəlifliyi ilə izah edilir.
        İqlim rəngarəngliyi Azərbaycan Respublikasının heyvanat aləminin müxtəlifliyini də təmin edir. Ölkənin faunası özündə 96 növ məməli, 357 növ quş, 54 növ sürünən, 100 növdən artıq balıq və s. birləşdirir. Heyvanların yayıldıqları areallar da çox müxtəlifdir.
        Müasir Azərbaycan incəsənti minilliklərin zəngin irsinin xələfidir. Ölkənin rəsm ənənələri əsasını qədim zamanlardan götürür. Rəsm sənətinin ən qədim nümunələrindən olan qaya üzərindəki şəkillərin ən zəngin kolleksiyasına Qobustanda rast gəlinir. Qobustanda mövcud olan 4 minə yaxın rəsmlər ov, rəqslər və sair mənzərələri əks etdirir. Rəsmlərin ən qədimləri eramızdan əvvəl 8-7-ci minilliklərə aid edilir. Qobustandan savayı qaya üzərində rəsmlər həmçinin rəvayətlərə əsasən Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya dağında və hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunun ərazisində aşkarlanıb.
        Azərbaycanın qədim torpaqları İranla birlikdə Qədim Şərq mədəniyyətləri (assuriya-babil, urartu, akkad-şumer) ilə həmsərhəd olub. Qafqaz sakinləri yunan-Roma nümayəndələri ilə də ünsiyətdə olublar. Qədim dövlətlərin yaranmasına qədər Azərbaycan sakinləri artıq ilk yaşayış vasitələrini inşa edirdilər. Belə yaşayış nümunələri Astara rayonununda (e.ə. 6-5-ci minilliklər), Toyrətəpə və Baba-Dərviş yaşayış məntəqələrində (e.ə. 4-3 minilliklər) aşkarlanıb.
        Azərbaycan ənənələrini qorumuş bir ölkədir. Burada bütün müsəlman bayramları qeyd edilir: «Qurban bayramı», «Ramazan bayramı». «Novruz bayramı» isə Azərbaycanda ən əziz və qədim bayramlardandır. Azərbaycanlılar hicri-şəmsi təqviminə əsasən Yeni ilin və Yaz fəslinin gəlişini qeyd edirlər. Bu bayram miladi təqvimlə 21-22 marta təsadüf edir və özündə təbiətin oyanışını, canlanmasını simvolizə edir.
        Hazırda Azərbaycanda aşağıdakı bayramlar rəsmən qeyd edilir:
        1 yanvar - Yeni il;
        20 yanvar - 1990-ci ildə totalitar rejimin təcvüzü nəticəsində həlak olanların xatirəsi günü;
        8 mart - Beynəlxalq qadınlar günü;
        21-22 mart - Novruz bayramı;
        9 may - Qələbə bayramı;
        28 may - Respublika günü;
        15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü;
        26 iyun - Milli Ordunun yaranma günü;
        18 oktyabr - Dövlət müstəqilliyi günü;
        12 noyabr - Konstitusiya günü;
        17 noyabr - Milli Dirçəliş günü;
        21 dekabr - dünya azərbaycanlıların həmrəylik günü.
       
        Eyni zamanda müsəlman təqvimi ilə aşağıdakı bayramlar qeyd edilir:
        1 şəvval - Ramazan bayramı;
        10 zilhəccə - Qurban bayramı.
       
        Bunlardan əlavə, Azərbaycanda (qeyri-rəsmi olaraq) Məhəmməd peyğəmbərin dünyaya gəldiyi gün («Mövlud bayramı») və «Aşura» - peyğəmbərin nəvəsi İmam Hüseynin faciəli qətli və Kərbəla qurbanlarının (şəhidlərin) anma günü də qeyd edilir.
        QARABAĞ AĞRISI
        Artıq 15 ildən çoxdur ki, Azərbaycan Respublikası erməni təcavüzünə məruz qalıb. Ölkənin ən gözəl və səfalı guşələrindən biri olan Qarabağa xain gözü dikən ermənilər Qarabağ da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. Ermənistanın Azərbaycana qarşı apardığı bu işğalçı müharibə nəticəsində 40 mindən artıq Azərbaycan vətəndaşı şəhid olmuş, 10 minlərlə insan yaralanmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın düşmüşlər. Hazırda hər 8 azərbaycanlıdan biri qaçqın həyatı sürməkdədir.
        Azərbaycanın işğal olunmuş əraziləri hələ də erməni işğalçılarının tapdağından qurtuluş anını gözləməkdədir...
        BAKI
        Asiya və Avropanın birləşdiyi ərazidə, Şərqlə Qərb arasında yerləşən Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada ölkənin şəhər əhalisinin yarısından çoxu cəmləşmişdir. Bakı neft və poeziya şəhəridir. Burada əfsanəvi Neft Daşları, unikal Dərin Özüllər zavodu, möhtəşəm gəmilər, müasir üzən qazma qurğularına rast gəlmək mümkündür. Lakin müasir Bakı bütün bunlarla yanaşı, həm də elektrotexnika, maşınqayırma, cihazqayırma və elmi-texniki tərəqqini müəyyənləşdirən sair sahələrin cəmləşdiyi bir məkandır.
        Bakı nəhəng elm vadisidir. Buranın sakinlərindən olan riyaziyyatçılar, fiziklər, kimyaçılar və bioloqların ixtiraları dünyanın bir çox ölkələrində patentləşmişdir.
        Bakı iri mədəniyyət mərkəzidir. Bir vaxtlar müsəlman Şərqində ilk olaraq milli teatrın pərdəsi məhz burada qaldırılıb, məhz burada ilk opera səslənib. Azərbaycanda ilk kitabxana oxucuların ixtiyarına məhz bu şəhərdə verilib. Və nəhayət Bakı sadə, qonaqpərvər, əməksevər və gülərüz insanların məskəni olan bir şəhərdir.
        XƏZƏR DƏNİZİ
        Xəzər dənizi dünyanın ən iri gölüdür (su səthinin ümumi sahəsi 378.400 kv.km-dir).
        Xəzər Avropanın cənub-şərqində və Orta Asiyada yerləşir. Gölün səthi Dünya Okeanının səviyyəsindən 27 metr aşağıdadır. Ən dərin nöqtəsi 1000 metr təşkil edir. Göl şimaldan cənuba meridian boyu 1030 km məsafəyə uzanır. Qərb və Şərq sahilləri arasında ən böyük məsafə 435 km-dir. Orta dərinlik 180 metrdir. Suyun həcmi 78.100 kv. kilometrdir. Sahil boyu ümumi uzunluq 7 min km-dir.
        Xəzərin sahilləri burada ilk insanların peyda olması vaxtında (e.ə. 8 min il əvvəl) müasir formasına çox yaxın olub. Xəzərin səviyyəsi mütamadi olaraq dəyişir. Bu da gölə axan çayların sularının həcminin dəyişməsi və buxarlanma, həmçinin tektonik dəyişikliklərlə əlaqədardır.
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1399 | Добавил: feride_demir | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər