Главная » 2008 » İyul » 19 » SONY ERİCSSON MÜFLİSLƏŞMƏYƏ DOĞRU
15:23 SONY ERİCSSON MÜFLİSLƏŞMƏYƏ DOĞRU |
Şirkət 2008-ci ilin ikinci rübünü zərərlə başa vurduğuna görə bu barədə qərar qəbul olunub.
Mobil telefon istehsalçısı Sony Ericsson, dünya üzrə 2000 iş yerinin ixtisarını elan edib. Beləliklə, şirkət hər altı işçisindən birini işdən azad edəcək. Bu barədə qərar, Sony Ericsson şirkətinin 2008-ci ilin ikindi rübünü iki milyon avroluq zərərlə başa vurmasından sonra qəbul edilib. Müqayisə üçün qeyd edək ki, btən ilin həmin dövründə şirkətin 315 milyon avro gəliri olmuşdu. Bunun belə, satış həcmi 9,4 faiz azalıb. Hazırda şirkət öz səylərini inkişafda olan bazarlara yönəltmək niyyətindədir. Bu məqsədlə Sony Ericsson ucuz telefonların istehsalını artırıb. Hazırda şirkət təərfindən istehsal olunan telefon aparatlarının orta qiyməti 116 avrodur. Qeyd edək ki, Sony Ericsson şirkəti Yaponiyanın elektronika istehsalçısı Sony və İsveçin telekommunikasiya korprorasiyası Ericsson tərəfindən 2001-ci ildə birgə yaradılıb. Şirkətin mənzil-qərargahı Londonda yerləşir.
ANS PRESS |
Категория: Dünyada |
Просмотров: 1176 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|