Главная » 2008»İyul»23 » NYU YORK METROSUNDA İSLAM DİNİNİN TƏBLİĞATINA START VERİLDİ
23:50
NYU YORK METROSUNDA İSLAM DİNİNİN TƏBLİĞATINA START VERİLDİ
ABŞ-da fəaıliyyət göstərən bir müsəlman təşkilatı Nyu York şəhər metrosunda islam dinini tanıtmaq məqsədilə başladığı reklam kampaniyası qalmaqala səbəb olmuşdur.
"Dünyabulteni" xəbər verir ki, reklam kampaniyasının başlanması mübarək ramazan ayı və 11 sentyabr hadisəsinin baş verdiyi ərəfəyə təsadüf edir.Nyu York metro vaqonlarının içində "Bilməyə haqqınız vardır" yazıları nəzərə çarpır. Reklamda islam peyğəmbəri və islam dini haqqında məlumat almaq üçün və lazım olan suallara cavab əldə etmək üçün, Cənubi Amerikada yerləşən "İslam Mərkəzi"nin əlaqə telefonları qeyd edilmişdir.
Reklamların metro və vaqonlarda yerləşdirilməsi üçün Cənubi Amerika İslam Mərkəzi, metropolitenin reklam şöbəsinə 48 min dollar verir. Cənubi Amerika İslam Mərkəzinin (The Islamic Circle of North America - ICNA) internet səhifəsində, təşkilat özlərinin gündəlik strateji addımlar atmalarının səbəbini açıqlayaraq qeyd etmişdir ki, bizim bu prossesə başlamağımıza əsas səbəb, islam dininin daha yaxşı başa düşülməsi və yanlış məlumatların aradan qaldırılmasıdır.
Lakin, çox təəsüflər olsun ki, İslam Mərkəzinin bu təşəbbüskarlığına dözümsüz yanaşanlar da tapılmışdır. Belə ki, respublikaçı Piter King bu reklamların dərhal yığışdırılmasını istəmişdir.