İyunun 25-də Bakının Nəsimi rayonunda polisi koramal dişləyib. Bu barədə ANS PRESS-ə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. O bildirib ki, polisin ağrıları güclü olduğundan, xəstəxanaya aparılıb və tibbi yardım göstərilib. Polis hazırda xəstəxanadadır.
Rauf Nağıyevin sözlərinə görə, mayın sonundan etibarən paytaxtda ümumilikdə 14 nəfəri ilan sancıb. Zərərçəkənlər Toksikoloji Mərkəzə yerləşdiriliblər və onların əksəriyyətinin vəziyyəti ağır olub. İlan sancması nəticəsində isə bu mövsümdə ölən olmayıb.