Cüme, 26.04.2024, 20:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 25 » SALMAN RÜŞDİ DÜNYAYA ÖZ ƏYYAŞ ATASI BARƏDƏ DANIŞDI
    10:35
    SALMAN RÜŞDİ DÜNYAYA ÖZ ƏYYAŞ ATASI BARƏDƏ DANIŞDI
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    Britaniyada tanınmış insanların yaradıcılığının psixoanalizinə həsr olunmuş məhşur tok-şounun növbəti buraxılışı avqust ayının əsl sensasiyasına çevrildi.

    Bu dəfə “günün qəhrəmanı” iyrənc “Şeytan şerləri” əsərinin müəllifi salman rüşdi oldu. O, şəxsən studiyada iştirak etmiş və həzz alaraq bütün dünyaya özü, yaxınları ilə anormal münasibəti və uğursuz uşaqlığının və şəxsi həyatının, yumşaq desək, xəstə yaradıcılığına necə təsir etdiyi barədə nəql etmişdi (Hindustan Times/islamnews).

    Rüşdinin psixoanalitiklərin pasienti kimi peyda olması bir çox britaniyalını təəccübləndirdi. Ekspertlər qeyd edirlər ki, o, həmişə mətbuatın diqqət mərkəzində olmağa çalışıb. Jurnalistlər bildirir ki, hətta  müsəlmanlar tərəfindən lənətlənən zamanda o, bir çox aktyorlardan, ədəbiyyatçılardan daha çox mətbuatda görünürdü.

    Şounun aparıcısı Pamel Konnoliyə müsahibəsində o, alkaş atası və ona anasını əvəz edən dayəsi ilə keçirdiyi uşaqlığından danışıb. Yazıçı etiraf edib ki, onda dünyaya qarşı düşmənçilik hələ erkən uşaq yaşlarından başlayıb. İngiltərə (hara ki, o əslində fəlakətli ailədən qaçmışdı) və onunla birgə bütün Qərb ona «ailə həyatını bürüyən çirkinliklərdən qurtulması» üçün imkan verib.

    Rüşdi etiraf edib ki, uşaqlıq konfliktləri onun bütün yaradıcılığında əks olunub. O, israrla bildirib ki, məhz atası ilə olan konfliktləri “şeytan şerlərində”əks olunub. “Hər kəs istəyir ki, onu eşitsinlər”, deyə yazıçı onun üçün ağır olan mövzuya toxunub.

    Psixoanalizin adəti metodlarından istifadə edən Pamel Konnoli belə fikirləşir ki, Rüşdinin bu qədər aşağılanmasında “ata-uşaq” konflikti mühüm rol oynayıb. Məhz sağlam olmayan ailə mühiti və alçaldıcı tənqid onun eqoizminin səbəbkarıdır. Eyni zamanda həkim qeyd edib ki, Rüşdi nəyinki müsəlmanlara, bütün başqa cür düşünən insanlara, o cümlədən Hindistana aid olan bütün hər şeyə qarşı son dərəcə aqressiv və nəzakətsizdir. Təəccüblü olsa da bu faktdır ki, Rüşdi psixoanalitikin ona aid etdiyi bütün xarakteristika barədə mübahisə və etiraz etmədi.

    Həkim həmçinin rüşdinin müsəlmanların onun barəsində çıxardıqları fətfaya maraqlı reaksiyasını da qeyd etdi. Yazıçı onu ifşa edənləri onu itaətə almağa çalışan atası ilə müqayisə edir. Rüşdi deyib ki, ailəsini xatırlayanda o, təslim olmağa hazır olub. Elə bu vaxt o, «islama qayıtdığını» açıq şəkildə bildirib. Bu qayıdışı sonradan o, fikrinin qarışması adlandıraraq yenidən dini inkar edəcək. Növbəti dönüşünü o, britaniya internatına qaçış ilə və islamdan getdikdən sonra yaranan hisslərini ailəsindən qurtulduqdan sonra yaranmış hisslərlə müqayisə edəcək.

    Verilişin gedişatından belə məlum oldu ki, artıq bir çoxları Rüşdinin ədəbsiz hərəkətlərindən bezib və onlar Rüşdinin özünüsenzuranın qurbanı və mütərəqqi bir yazıçı kimi təqdim etməsini tam rədd edirlər. Bununla belə tanınmış mədəniyyət xadimləri bir daha Rüşdini müsəlmanları səbəbsiz olaraq tərbiyəsiz çıxışlarla təhqir eməsinə görə üzr istəməyə çağırıb. Tanınmış Britaniya yazıçılarının fikrinə görə, Rüşdinin milyonlarla inanc əhlini təhqir etməsini ancaq o zaman bağışlamaq olar ki, o, yazdığı kitabın hansı əks-təsir verəcəyini bilmədiyini etiraf etsin. Belə ki, Rüşdinin onun imicinə aid məsələlərə çox həssas olmasını nəzərə alaraq, bunun çətin ki, mümkün olacağını ehtimal etmək olar. Rüşdi heç zaman öz səhvini etiraz etməz və tərbiyəsizliyini boynuna almaz.

    Verilişin sonunda rüşdi psixoanalitikin onun öz populyarlığı üçün praktik olaraq mənliyini itirməsi barədə gəldiyi nəticə ilə razılaşıb. “…İndi dünya mənə qulaq asanda mən əslində kim olduğumu xatırlamaq istəyirəm...”, - deyə o, bildirib. Salman Rüşdi “Buker” mükafatına layiq görülən kitablar sırasına daxil olan “Florent sehrbazı” kitabının nəşrindən sonra yenidən mətbuatın əsas diqqət mərkəzinə keçib.

    Qeyd edək ki, bütün mükafatlardan başqa “şeytan şerlərinin” müəllifi keçən ilin iyununda Böyük Britaniyanın cəngavər tituluna layiq görülüb. Müsəlmanlar sadəcə küfr yazan insanın “ser” adı almasına qarşı etirazlarını bildiriblər. Britaniya da daxil olmaqla bir çox ölkələrdə buna etiraz olaraq nümayişlər keçirilib. Bir sıra dövlətlər isə Londona etiraz notası göndərib.
    Категория: Dünyada | Просмотров: 1140 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər