Главная » 2008 » Avqust » 31 » Astarada yetişən almanın təxminən ikisinin çəkisi 1 kq-dan çoxdur
22:29 Astarada yetişən almanın təxminən ikisinin çəkisi 1 kq-dan çoxdur |
Meyvə bağının sahibi Rafiq Cəfərov: "Mən özüm də inanmazdım ki, Astarada belə alma yetişər"
Astara rayonu Ərçivan kənd sakini Rafiq Cəfərovun 6 hektar meyvə bağı var. Bağda 5 min 500 feyxoa, 550 naringi, 400 kinkan, 45 limon, 1300 alma, armud və s. meyvə ağacı əkib. Bağban bu il əksər ağaclardan bol məhsul götürsə də, onu təəccübləndirən alma ağacı, daha doğrusu onun meyvələri olub. Diametri 40-50 sm olan bu meyvələrin ikisinin çəkisi 1 kq-dan ağırdır. Bağban alma ağaclarını Bərdədən aldığını deyib: “Bu ağacları 5 ildir əkmişəm. Keçən il bir az məhsul verdi. Bu il hər ağacda 15-20 kq-a qədər alma var idi. Mən özüm də inanmazdım ki, Astarada belə alma yetişər”. Bağbanın arzusu bu ağacları artırmaq, məhsulunu isə dünya bazarına çıxarmaqdır. Rafiq Cəfərov yerli bazarda 1kq-ı 1 manat olan bu məhsulun dünya bazarında 5 dollardan aşağı satılmayacağına əmindir./ASN TV/ |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1368 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|