Şenbe, 21.12.2024, 19:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 6 » SEYYİD HƏSƏN NƏSRULLAH ƏN SEVİMLİ LİDER
    14:48
    SEYYİD HƏSƏN NƏSRULLAH ƏN SEVİMLİ LİDER
     
     
     
     
     
    Vaşinqtondakı Brookings İnstitutuna bağlı Şum adlı mərkəzin etdiyi bir araşdırmaya görə; İsraili çökdürən...

    İslam-Azerinin HY-ə istinadlı xəbərinə görə,
    Vaşinqtondakı Brookings İnstitutuna bağlı Şum adlı mərkəzin etdiyi bir araşdırmaya görə; İsraili çökdürən Hizbullah lideri Seyid Həsən Nasrullah, Ərəb dünyasının ən sevilən lideridir. Nasrullahı, Suriya Respublika başçısı Esad və İran lideri Ahmedinejad izləyir.

    Rıdvan Əməliyyatının reallaşdığı gündə nəşr olunan bir anketin nəticəsinə görə; Hizbullah lideri Həsən Nasrullah, Ərəb ictimaiyyət arasında ən sevilən liderdir. Vaşinqtondakı Brookings İnstitutuna bağlı Şum adlı mərkəzin etdiyi və 6 ölkədən insanların fikirlərinin öyrənildiyi anketə qatılanların yüzdə 26-sı ən çox sevdikləri lider olaraq Seyid Həsən Nasrullahı göstərərkən, iştirakçıların yüzdə 16-ı Suriya Respublika başçısı Beşar Esadı seçib. Yüzdə 10-luq qrup isə Ahmedinejadı seçib. Anketin nəticələri, tam da İsrailin Hizbullah ilə etdiyi nisbətsiz əsir dəyişməsiylə -ki bu vəziyyət Nasrullahın Ərəb dünyasındakı duruşunu daha da gücləndirəcəyə bənzəyir- eyni gün açıqlanıb. Anket nəticələrinə görə, Hizbullah liderinin, əksəriyyətini Sünnilərin təşkil etdiyi Misir, Tunis və İordaniyada da ən çox sevilən adam olduğu görülür. Anketdə iştirak edən Livanlı Şiələrin yüzdə 98-i, İsrailin göründüyündən daha zəif olduğuna və son uduzmasının da yalnız zaman məsələsi olduğuna inandıqlarını söyləyib. Bu nisbət, 2 il əvvəl edilən bənzər bir anketin nəticələrindən yüzdə 59 nisbətdə daha çox. Bu anketə qatılanların yüzdə 39-u bu fikiri paylaşarkən, yüzdə 32-si İsrailin daha güclü və ya daha zəif olduğuna kimsənin qərar verə bilməyəcəyini, yüzdə 20-lik qrup da İsrailin, vəziyyətini təhkim etmək üçün güc istifadə edəcəyinə inandığını ifadə etmişdi.

    İslam-Azeri.az
    Категория: Dünyada | Просмотров: 1163 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər